Bu qadağalar kimlərə sərf edir…

 

 

Azərbaycan hökuməti indi də vətəndaşlarımızın kökünü, nəslini yeni siyasi oyunla, yerli – dibli kəsmək niyyətindədir. Nəsil artımını qarşısını almaqdan ötrü, insanları toy məclislərini dayandırmağa və digər tərəfdən açıq havada da maskasız gəzməməyə vadar edir. Yəni bu gün xalqa qarşı iki məsələdə təxribat aparılmaqdadır:
1)maskasız gəzməmək.
2)toylara qadağa.
İlk öncə maskasız gəzməməkdən söhbət acaq. Son günlər sosial şəbəkələrdə “nəfəs alaq həştəqi” ilə başladılan kampaniyaya bir çox insanlar qoşularaq, öz etirazlarını bildirirlər.

Əhalinin tələbi açıq havada, parkda, küçədə maskasız gəzmək məcburiyyətinin olmamasıdır. Azərbaycanda açıq havada maskasız gəzməmək tələbi keçən ilin noyabr ayından tətbiq olunub və bu tələbi pozanlar 400 azn-ə qədər cərimə oluna bilər. Onu da qeyd edim ki, xarici ölkələrdə açıq havada maska ilə gəzmək məcburi xarakteri daşımır. Yalnız insanların sıx olduqları ictimai yerlərdə(məs:dükanlar, avtobus, qatarlar, metrolar və s.) təhlükəsizlik baxımından maskalar taxılır.

Gələk digər problemə.Toylara qadağanın qoyulması, nəsil artımına bilavasitə təsir edir. Hərçənd ki, bu qadağaya yumşaltma edilə bilərdi. Lakin hakimiyyətin bu təxribatcı addımı, həm gənc nəsildə, həm də Azərbaycan xalqında hiddətə səbəb olur. İnsanların gündəlik yol nəqliyyat vasitələrindən, daha çox marşrut avtobuslarından istifadəsi əsas virus mənbəyi ola biləcəyi təqdirdə, dövlətin təşkil etdiyi tədbirlərə gələn məmurların (hətta maskasız) iştirakı nə dərəcədə doğru olduğunun və xalqa toy mərasimlərinə niyə qadağa qoyulduğunun fərqində deyillərmi? Xalqı ələ salmaqla yanaşı, milli-mənəvi, adət- ənənələrimizi də əlimizdən almaq niyyətindədirlər.


Artıq bu kimi durumdan yalnız polis orqanları yararlanır. Őlkədə maskasız gəzən əhalidən, cərimə adı ilə külli miqdarda pul toplanır. Lakin vəzifəlilərə, gizli təşkil olunmuş toylardan isə sahə müvəkkillərinə rüşvət verərək, toylara icazə verirlər.
Qanun hər kəs üçün yazılıbsa, vəzifəsindən asılı olmayaraq hər kəs riayət etməlidir. Əks təqdirdə, dövlət tədbirlər hazırlamalı və xalqa təqdim etməlidir. Cərimə tətbiq etmək, çıxış yolu deyildir. Xalqın həm güzəranını nəzərə almalı, həm də gənc nəsillərin ailə qurmalarına, toy mərasimlərinə qadağanı aradan qaldırmaq lazımdır. Azərbaycan yeganə ölkələrdəndir ki, məmurlar üçün heç bir qanun işləmir…

 

Rəşad Şıxəliyev.

 

Bunu paylaş: