Bu il mənimsənən milyardlarla neft gəlirlərimiz

Millət vəkili Vüqar Bayramov Azərbaycan neftinin gəlirlərinin çoxaldığını və bununla iqtisadi inkişafın artdığını dilə gətirmişdir. O, neftin stabil qiyməti olmadığından büdcəmizə bir bareli 80 dollardan nəzərdə tutulduğunu bildirmişdir. Daha sonra bu il Azərbaycan xarici ölkələrə təqribən 173 milyonon barel neft satdığını qeyd etmişdir.
Vüqar Bayramov bu çıxışı ilə, özü də bilmədən Azərbaycan xalqının gəlirlərinin necə talandığını ortaya qoydu.
İlk öncə qeyd edək ki, neftimizin qiyməti getdikcə yüksəlməkdədir.
İlk bizi maraqlandıran sual budur; əgər İlham Əliyev hakimiyyəti büdcəyə neft gəlirlərini 80 dollardan hesablayırsa, bəs qalan pullar hara gedir?

İkinci maraqlı məsələ isə, bu il ölkəmiz xaricə 173 milyon barel neft satmışdır. Orta hesabla bunu 100 dollardan hesablasaq, görərik ki, ölkəmizin tək neftdən gələn gəliri 17 milyard dollardır. Bunu da manata çevirsək, təxminən 30 milyard manat gəlir olduğunu görəcəyik.

Bu hesablama yalnız xaricə satılan neftə aiddir. Daxildə, üstəlik qaz satışlarını bura daxil etmirik.

Üçüncü bizə vacib olan sual isə budur: Niyə Azərbaycan xalqının bu qədər gəliri olduğu halda, insanlarımız səfalət içində yaşayır?.
Bu sualın cavabını isə, xalqımız və İlham Əliyevi çox gözəl bilir. Cavab belədir, illərdir vətəndaşlarımızın sərvəti İlham Əliyev və onun quldur hakimiyyəti tərəfindən mənimsənilməkdədir.

Buradan sifarişlə seçilən millət vəkili Vuqar Bayramova bildirmək istərdim ki, yaxşı olar xalqın sərvətini kim, necə oğurlaması barədə parlamentdə məsələ qaldırsın. Görün İlham Əliyev və hakimiyyəti xalqımızın gəlirlərini illərdir ki, bu cür mənimsəməkdədir.

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın