Bu iki ölkəyə “NOTA” verildi

 

Hörmətli oxucular, Qara dənizdə gərginlik olduğu kimi, Aralıq dənizində də işlərin yaxşı getmədiyini sizlərə çatdırmaq istərdik. Dünən Fransa və Yunanıstan nümayəndələri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılaraq etiraz “NOTA”sı təqdim edilmişdir. Məsələnin belə gərginləşməsinə səbəb, 5 gün bundan öncə Fransaya məxsus araşdırma gəmisi, Yunanıstan hərbi gəmilərinin müşayiəti ilə, Türkiyənin dəniz sərhəddini pozması olmuşdur.

Bundan qəzəblənən Türkiyə hər iki dövlətə sərt xəbərdarlıq etmişdir. Xəbərdarlıqda deyilir ki, bir daha belə hadisə baş verərsə, Türkiyə ordusu buna sərt cavab verəcəkdir. Bundan sonra rəsmi Ankaranın əsəblərini yoxlamaq, bu ölkələrə baha başa gələcəkdir.

NATO rəhbərliyi isə tərəfləri sakitləşməyə və səbirli olmağa cağırmışdır. NATO rəhbərliyi hər üç ölkənin Alyansın üzvü olduğunu və aralarındakı gərginliyə görə təəssüfləndiyini bildirmişdir.

Mikayıl Əsədov.

Bunu paylaş: