“Bu hakimiyyətdən qurtulmağın əsasını qoymağın zamanıdır”

Seyrçi mövqedə dayanıb ölkənin taleyinə biganə qalan ölkə başçısı İlham Əliyev niyə başçılıq etdiyi ölkəni alverçi, oğru təfəkkürü ilə idarə edir? Sizcə, xalqın haqqına girib sərvət yığan vecsiz ölkə başçısı ilə hansı ədalətli, demokratik, şəffaf cəmiyyəti qurmaq olar?
Bu gün ölkədə baş verən özbaşınalıqlara, hərc-mərcliyə, İlham Əliyevin başçılıq etdiyi quldur hakimiyyətə qarşı Azərbaycan xalqı azad sözünü ifadə etməyi bacarmalıdır. Bu gün Azərbaycan xalqı bu quldur, oğru rejimdən qurtulmaq və azad, demokratik şəffaf cəmiyyət qurmaq istəyirsə, mütləq birləşməli və öz taleyinə sahib çıxmalıdır! Bu gün ölkədə baş verən proseslər və ölkə başçısının birmənalı olaraq xalqın hüquq və azadlığını heçə sayaraq yürütdüyü  siyasət, xalqın ona olan etimadını sıfıra endirmiş və xalqın nifrətini daha da artırmışdır. Bu gün ölkədə baş verən özbaşınalıqlar, neqativ hallardan bir başa cənab İlham Əliyev və onun başçılıq etdiyi hökümət sorumludur. Çünki cənab prezidentin təyin etdiyi nazir-məmurlar xalq üçün deyil, məhz şəxsi maraqları (cibləri) üçün xidmət edirlər və ölkə başçısının verdiyi tapşırıqları icra etməkdən çəkinirlər. Ölkə başçısı
olan İlham Əliyev məgər bütün bu olanları görmürmü, xəbəri yoxmu? Düşünürəm ki bugün hərkəs mövqe bildirməlidir. İndiki zamanda Azərbaycan xalqının sözü vacibdir. Sonda deyəcəyim odur ki, əziz Azərbaycan xalqı, talan olunan siz, talançılıq edən isə hakimiyyətdir. Bu il bu hakimiyyətdən qurtulmalı, ən azından bunun əsasını qoymağın zamanıdır.

İmza; Əziz Əzizli

 

Bunu paylaş: