Bu gün “Zəfər” paradı keçiriləcəkdir

Xalqımız daha bir bayram gününü qeyd edir. Bu gün Azərbaycanda ikinci Qarabağ döyüşlərində Qəhrəman ordumuzun və xalqımızın qalib gəlməsi münasibəti ilə Hərbi parad keçiriləcəkdir.


İlk olaraq parada Şuşaya sancılan Azərbaycan bayrağı gətiriləcəkdir. Daha sonra Azərbaycan ordusu işğalçı Ermənistan ordusundan qənimət götürdüyü hərbi texnikaları da nümayiş etdirəcəkdir. Sonra isə meydan Qarabağ döyüşlərində qalib gəlmiş qəhrəman qazilərimizə təhvil veriləcəkdir. Bu qələbə paradı münasibəti ilə qardaş ölkə Türkiyəmizin də əsgərləri iştirak edəcəkdir. Azərbaycanın qələbə paradına dünyanın bir çox ölkələrindən rəsmi nümayəndələr də dəvət edilmişdir.
Qələbə bayramında iştirak etmək üçün Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan da dünən ölkəmizə rəsmi səfər etmişdir və İlham Əliyev Türkiyə prezidentini qəbul etmişdir. Azərbaycanın 44 günlük Vətən müharibəsində hər bir dəstəyi verən Türkiyəmizə və lideri Rəcəb Tayyib Ərdoğana dərin minnətdarlığımızı bildiririk. Xatırladaq ki ,Hərbi parad saat 12:00- da başlayacaq və şəhərin bir çox yerlərində yollar bağlı olacaqdır:

1)Bakı-Salyan yolunun 14-cü kilometrliyindən 3-cü Kənar Dairəvi yol istiqamətinə

2) Bayıl Qəsəbəsi Üzgüçülük hovuzu yanından Xanlar küçəsinə

3) Səbail Rayonu Yanğından Mühafizə İdarəsinin inzibati binası qarşısından Q.Abbasov və Saraykin küçəsinə

4) M.Hüseyn, T.Elçin, Lermontov, İstiqlaliyyət və Niyazi küçələrindən Azərbaycan prospektinə

5) Nobel prospekti N.Rəfiyev küçəsi kəsişməsindən Babək prospektinə

6)A.Cəlilov küçəsinin A.İsmayılov, N.Əliyev, F.Bayramov, və Y.Səfərov küçələri ilə kəsişmədən 10-cu zavod dairəsinə

7) Y.Səfərov, Ə.Quliyev və 28 May küçələri kəsişməsindən D.Əliyeva küçəsi istiqamətinə

8)28 May küçəsinin R.Zorge, K.Səfərəliyeva, Puşkin, S.Vurğun, R.Behbudov küçələri, Azadlıq və Bülbül prospektləri kəsişməsindən A.Bakıxanov və Fizuli küçələri istiqamətinə hərəkət müəyyənləşdirilir.

Əliəşrəf Məmmədov

 

Bunu paylaş: