Bu gün bəzi kəndlər Azərbaycana geri qaytarılır

Aldığımız məlumatlara görə, bu gün Ermənistan, işğal etdiyi Azərbaycan torpaqlarının bir neçə kəndini geri qaytarmalıdır. Bu məlumatı erməni KİV-ləri də təsdiq etmişdir. Qondarma Qafan meri Gevorg Parsyan bildirmişdir ki, 13 kənd və bəzi yüksəkliklərin Azərbaycan ordusuna təhvil verməyimiz haqqında bizə əmr gəlmişdir. Azərbaycana qaytarılan kəndlərin adları bunlardır:

1. Kaxnut (Novruzlu)
2. Davit-Bek (Zeyvə)
3. Ujanis (Ucanis)
4. Eqvard (Yeğvard)
5. Aqarak(Əkərək)
6. Diçmayri (Aşağı Qaraçimən)
7. Syunik (Sünik)
8. Çakaten (Çakaten)
9. Şikaox (Şıxovuz)
10. Nerkin Hand
11. Tsav (Tsab)
12. Gexanuş
13. Və Qafan şəhəri ?

Sünikdə ermənilər birləşərək könüllü dəstələr yaratmışlar və bu  gün aldığımız məlumata əsasən ,ermənilər bu yerlərdə təxribata hazırlaşırlar. Bu barədə Sünik kəndinin rəhbəri Hakob Arşakyan ermənləri kəndlərdən çıxmamağa və müdafiə olunmağa çağırmışdır.

Xatırladaq ki, bu ərazilər birinci Qarabağ döyüşləri zamanə işğal edilmiş ərazilərdir. Demək olar ki, Ermənistanın Qarabağa qarşı ilk işğalının başladığı Azərbaycan əraziləridir. Qarabağ döyüşləri başlamamışdan əvvəl azərbaycanlılar o bölgələrdən işğalçı Ermənistan tərəfindən məcburən qovulmuşdurlar.

Mikayıl Əsədov.

Bunu paylaş: