Bu gün Azərbaycan xalqının qanlı tarixindən 31 il ötür

 


1990- cı il yanvarın 19-dan 20 – nə keçən gecə saat 23:30 radələrində Sovet İttifaqının qoşunları tərəfindən xalqımıza tutulan qiyam.
Həmin tarixdə fövqəlada hal elan edilmədən dinc əhalinin üzərinə tanklarla, hücum edərək yüzlərlə insan qətlə yetirilmiş, çox sayda insan itkin düşmüş, xeyli insan isə ağır yaralanmışdı.

Qara Yanvar, qanlı tarix. Bakının küçələrində qan su yerinə axdı, təkcə Bakıda deyil, yanvarın 25-i Nefçalada və 26-sı Lənkəranda da qırğınlar törədilmişdi.

 

Neçə uşaq atasız, anasız, neçə ailə övladsız qaldı bu qətliamda.
Çəkmədiyi zülm, çəkmədiyi acı qalmadı xalqımın. Nə qədər vəhşicəsinə dinc əhalini öldürdü vəhşi düşmən.
Üzərindən 31 il keçsə də , unutmadıq sizi, Şəhidlər!. Siz daim Azərbaycan xalqının yaddaşına yazılan silinməz yazısınız. Tarix boyu şimal qonşularımız bizim xalqa qarşı qanlı terrorlar törətmişlər. Heç kim təminat vermir ki, Rusiya sülhməramlılar adı altında Azərbaycan xalqına qarşı daha bir 20 Yanvar terroru hazırlamasın.

Çox təəssüf ki, 1993 – cü ildən xalqımızın qanı bahasına rus qoşunları Azərbaycandan çıxarıldığı halda, İlham Əliyev həmin qatilləri təmtəraqla geri gətizdirdi.Özü rusun hər tapşırığına boyun əydiyi kimi, istəyir xalqı da yumruq göstərərək buna hazırlasın .Amma bir şeyi dərk eləsin ki, əliyalın tanklar qabağına çıxan xalqı indi- misli görünməmiş qələbə qazandıqdan sonra köləliyə məhkum etmək olmaz!

Mikayıl Əsədov.

Bunu paylaş: