Bu görüşün baş tutması xəyanətdir, yoxsa təzyiq?

 

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüş keçirimişdir. Görüş zamanı Qarabağda imzalanan Bəyanat barəsində müzakirələr edilmişdir. Bu müzakirələrin hansı formatda olduğu isə ictimaiyyətə bildirilmir.
Bu görüşdə Azərbaycan prezdenti İlham Əliyevin Qarabağa dair apardığı siyasətlə, XİN-i Ceyhun Bayramovun siyasətinin üst-üstə düşmədiyi görünür. Dəfələrlə Azərbaycan prezidenti ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazı olduğunu dilə gətirmişdir. Həqiqət budur ki, ölkə başçısı ilə Minsk qrupunun son görüşündə hər şey aydın olmuşdu. Azərbaycan demək olar ki, Minks qrupunun fəaliyyətindən imtina etmişdi.

İndiki görüşün baş tutmasında iki amil rol oynaya bilər . Bunlardan birinci məqam Minsk qrupunun həmsədr ölkələri Amerika,  Fransa və Rusiya tərəfindən hakimiyyətə böyük təzyiqlər ola bilər. İkinci , əsas məsələ hakimiyyətin xəyanəti üzündən baş verə bilər.

Səbəbi isə 10 noyabr üçtərəfli müqavilədə qaranlıq məqamların zaman keçdikcə üzə çıxmasıdır. Gün keçdikcə Qarabağda üçtərəfli Bəyanatın şərtlərinə əməl etmək məsuliyyəti azalmağa doğru gedir. Təbii ki, İlham Əliyevin icazəsi olmadan Ceyhun Bayramov bu görüşdə iştirak edə bilməzdi.

Mikayıl Əsədov.

Bunu paylaş: