Bu eybəcərliklər bizə xas deyil

Nə zamandır ki, məni də bir çoxları kimi bir sual narahat edir: niyə günü-gündən cəmiyyətdə meşşanlıq artır, mənəiyyatın cılızlaşması gedir, mənəvi dəyərlərə qiymət verənlər kölgədə qalır. Nədir bunun səbəbi? Həqiqətənmi bizim zatımız belə meşşan və cılızdır? İndi qulaq asın. Mənim rəfiqəm bu yaxınlarda mənə belə bir şey danışdı; rəfiqəmin anası erməni dilini bilir və o, bir dəfə təsadüfən erməni keşişinin öz icmasına dediklərini eşidib. Keşiş deyirdi ki, özünüzü hər yerdə yaxşı aparın, hamıya özünüzü yaxşı, mədəni göstərin, yaxşılıq edin, geyiminizə fikir verin, təmiz, səliqəli geyinin, bir-birinizə arxa olun və s. Bu, həqiqi olan bir şeydir və burda bəlkə də təəccüblü heç bir şey yoxdur. Məsələ bundadır ki, ermənilər həqiqətən dünyaya özlərini belə göstərirlər, yəni bu, onlarda alınıb, amma biz yaxşı bilirik ki, bu haylar əslində necə naqis və yaramazdır. Yəni təbliğat nəticəsində zahirən dünyaya yaxşı görünsələr belə zatları murdardır, genlərində çirkab var və bunu- yəni geni dəyişmək mümkün deyil.
Biz onlarla müqayisədə saf, təmiz, bütün millətlərə, insanlara qucaq açan, onlara inanan biriyik. Bəs bizdə hansı təbliğat (açıq-aşkar və ya şüuraltı) aparılır və bu təbliğatın nəticəsində xalqda hansı xüsusiyyətlər yaranır, inkişaf edir? Buyurun, baxın:
— Hamımız bilirik ki, filan vəzifədə olanlar haram yolla pul qazanır amma özümüz də həmin vəzifəni tutmaq üçün can atırıq, övladlarımızı da ,,pullu”, ,,gəlirli” yerə düzəltməyə çalışırıq,
— adamların mənsub olduğu sərvətə, bahalı maşına, paltara, zinət əşyalarına görə hörmət edirik, onların alçaq olduqlarını bilsək belə bunun elə də önəmli olmadığını düşünürük və ya o düşüncəmizi gizlədib riyakarlıq edirik. Bu səbəbdən özümüz də borc-xərc, kirayə, kredit və nə iləsə paltar, maşın, ev alıb çətin vəziyyətə düşsək də görüntü yaratmağa çalışırıq, çünki bilirik ki, ətrafımız bizə bu görüntüyə görə qiymət verib hörmət edəcək,
–cəmiyyətdə ziyalı kimi tanınan birinin maddiyyətdən ötrü ( yəni qarnından ötrü- indi bəziləri buna karyera da deyir) alçağın birinə necə yaltaqlanmağını görəndə və bu yaltaqlığın nəticəsiz qalmadığını və həmin ,,ziyalı”ların hətta mükafat olaraq parlamentdə oturduğunu görəndə əvvəlcə qeyzlənsən də bu çirkinliyin də artıq hamı üçün ( demək olar ki, hamı üçün) adiləşdiyini görürsən,
— Çox imkanlı biri ilə ailə quranın, qohum olanın maddi təminatının super olacağını, ancaq xoşbəxt olmayacağını bilsək də buna normal baxırıq. Bir neçə gün əvvəl məşhur toy məclisində də bir xanımın libasının, zinət əşyalarının necə bahalı olduğunu və bu xanımın məhz bu gözqamaşdıran görüntüyə görə idbarın biri ilə yaşamasına, bir yastığa baş qoymasına adi baxırıq.( hamının yaxşı tanıdığı məşhur bir yazıçının qızı da vaxtilə öz rəfiqəsinə çox imkanlı birisinə ərə getməyi məsləhət bilmişdi və açıq demişdi ki, oğlanın qıraqda neçə arvadı var, amma zato sarayda yaşayacaqsan, xidmətçilərin olacaq və s., yaxşı ki, o qız razılıq verməmişdi, deməli hələ mənəviyyatı pozulmayanlar var).
— və sairə və ilaxır, hələ çox sadalamaq olar.
Uzun illərdir Azərbaycan deyilən məmləkətdə bu çirkinliklər, eybəcərliklər qəsdən təbliğ olunur. Hələ neçə illər qabaq deyilmişdi ki, elitanı dəyişmək lazımdır və dəyişildi də. Cəmiyyət adətən elit təbəqəni özünə nümunə götürür və bizim bu təbəqəmizin cəmiyyətimizə təlqin etdiyi keyfiyyətlər yaltaqlıq, riyakarlıq, ikiüzlülük, alçaqlıqdır. İnsanın xislətində həmişə yaxşılıq da, naqislik də olur və hansı mühitdə olmasından asılı olaraq bu keyfiyyətlər inkişaf edir. Uzun illərdir bir alçağın ideoloji işlərə rəhbərlik etməsi, mənəviyyatı pozan şouların göstərilməsi, cəmiyyətdə ancaq yaltaq və alçaq adamların mənsəb sahibi olması, xalqın bir vaxt hörmət etdiyi şəxslərin də yeri gələndə qəsdən gözdən salınması və nəhayətdə xalqın özü haqda bədgüman, ümidsiz olması planlı surıtdə aparılan təbliğatın nəticəsidir əzizlərim. Cəmiyyətimizin indiki durumu acınacaqlı olsa da belə, bir şeyi unutmamalıyıq; bizim zatımızda, bizim genimizdə bu çirkinliklər yoxdur, bu eybəcərliklər bizə xas deyil. Əgər təbliğat maşınının istiqamətini gözəlliklərə doğru dəyişsək mən inanıram ki, hər şey dəyişəcək, hər şey gözəlləşəcək; gənc dostum Ülvi Novruzovun həsədlə təsvir elədiyi bir cəmiyyət yaranacaq. Çıxış yolu– bizi idarə edən şeytanları qovmaq və özümüzə qayıtmaq.

İmza; Yaqut Xəlilova.

Bunu paylaş: