Bu dəfə “Milli Hakimiyyət” üçün vuruşmalıyıq

 

Dəyməzdi, vallahi də billahi də dəyməzdi. Məni qınayanlarla razılaşmayacağam, bəri başdan söyləyirəm. Müharibə ərəfəsində torpaqlarımızı işğaldan azad edib qazi olanlara, dövlət tərəfindən biganə yanaşırlar. İndiyə kimi narazılıqlar davam edir. Boynu yoğun, haramzadələr, oğrular vəzifədə oturub gündəlik öz çirkin əməllərindən əl çəkmirlər. Bizlər də onların yaxasından yapışıb, haqq ədaləti bərpa edənədək, siz məmurlardan əl çəkən deyilik.

Sizin kimi məxluqların ucbatından qazi qardaşlarımız gedib vuruşmayıb ki, onlara soyuqqanlı münasibət göstərəsiniz. Heç bir problemini həll etmirsiz, üstəlik:” bizə görə döyüşməmisiz”,- ifadəsini işlədirsiz. –Ay qanı qarışıq məmur, sizə görə vuruşmasa da, torpağımıza, bayrağımıza, şanınıza görə vuruşublar. Sizin qanınız erməni qanıdır, qardaşlarınıza güllə atdıqlarına görəmi baxımsızlıq nümayiş etdirirsiz?


Prezident İlham Əliyev şanlı ordumuzun qələbəsindən ağız dolusu çıxışlar edir, ancaq problemli qazilərimizə dəstək verilmir. Hər şeydən xəbərdar olan hakimiyyət başçısı, niyə təyin etdiyi məmurlara ciddi tapşırıq vermir? . İcraata tabe olmayan məmuru niyə cəzalandırmır?
Odur ki, yazının əvvəlində qeyd etdiyim kimi, vətəndaşına dəyər verməyən məmurlar üçün xalq olaraq yenidən döyüşməliyik.

Rəşad Şıxəliyev.

 

Bunu paylaş: