Bu dövlət deyil, bu sadəcə ərazidir

 

Ötən əsrin sonunda müstəqillik qazandıqdan sonra ölkə qarşısında belə bir sual dururdu – hansı istiqamətdə inkişaf etmək lazımdır? Heydər Əliyev hökuməti insanları seçim etmək imkanından məhrum etdi. Dövlət quruculuğu məsələləri bir nəfərin əlində cəmləndi. Və dövləti öz ailə maraqlarına görə qurdu. Ölkənin siyasi sistemi avtoritar metodlarla idarə olunan və repressiya aparatına əsaslanan bir ailə oliqarxiyasıdır. Korrupsiya rejimin əsas ideologiyasına çevrilmişdir. Sistemə müqavimət göstərə biləcək cəmiyyətdəki bütün müqavimət mərkəzləri məhv edilib. Əslində, bu gün “Azərbaycan” dedikdə yalnız İlham Əliyev nəzərdə tutulur və “dövlət” deyəndə Heydər Əliyevin qurduğu sistem nəzərdə tutulur.

Azərbaycan dövləti indi yalnız xəritədə mövcuddur. O, artıq həyatda deyil. Hər bir dövlətin hüquq və vəzifələri var. Əgər bir dövlət, dövlət hesab olunmaq istəsə, ərazi bütövlüyünü,
vətəndaşların təhlükəsizliyini,
normal sosial təminatı,
hüquq və azadlıqların qorunmasını təmin edilməlidir.
İndi gəlin görək dövlətimiz bütün bu funksiyaları necə yerinə yetirir.
Əminliklə demək olar ki, ölkənin ərazi bütövlüyü təmin olunmur.
Polis və digər təhlükəsizlik orqanları hal-hazırda ölkədə sabitliyin pozulmasında əsas rol oynayır. Azərbaycan dövləti, nəinki vətəndaşlarının hüquq və azadlıqlarının qorunmasını təmin edə bilmir, əksinə konstitutsiyamızdakı hüquq və azadlıqlarımızı daha çox pozur.

Vətəndaşların Azərbaycan hökuməti tərəfindən bütün parametrlərdə hüquq və azadlıqları pozulur.
Və nəhayət, hakimiyyət orqanlarının sosial siyasəti, daha doğrusu, sosial siyasətin tamamən olmaması. Hakimiyyət vətənləri üçün qan tökənlərin problemlərini həll etmək istəmir. Müharibə veteranlarına verilən pensiyanin məbləği çox aşağıdır. Təqaüdçülərin vəziyyəti acınacaqlıdır. Ölkədə səhiyyə xidməti yoxdur. Pulsuz tibbi yardım almaq mümkün deyil. Hətta pullu olsa da, vətəndaş keyfiyyətli tibbi xidmət ala bilmir. İcbari Tibbi Sığorta haqqında Azərbaycan Respublikasının Qanununun Milli Məclisdə qəbul edilməsindən az qalıb ki, 5/1 əsr keçsin. Amma bu Qanun işləmir.

Azərbaycan təhsili övladlarımızı məhv edir. Təhsilin inkişafına mane olan ən ciddi problem rüşvətin geniş yayılmasıdır. Sektordan başı çıxmayan insanları gətirib həmin sahəyə rəhbər qoyanda əlbəttə ki, vəziyyət belə acınacaqlı olacaq.
Beləliklə, etiraf etməliyik ki, dövlətimiz strateji vəzifələrin heç birini həll etməyib, həll etmir və həll etmək də istəmir. Bu çox sadə bir səbəbdəndir – bizim dövlətimiz bizə məxsus deyil. Bu, Heydər Əliyevin qurduğu, şəxsi zənginləşmə üçün məhdudiyyətsiz imkanları olan məhdud məsuliyyətli bir
şirkət və ticarət quruluşudur.
Müstəqillik illərində Azərbaycan xəritədə sadəcə bir yerə çevrildi.

Əliəşrəf Məmmədov.

Bunu paylaş: