Bu cür qərarlar İlham Əliyevin göstərişi ilə verilir

Milli Məclisdə olan deputatlarımızın gözləri puldan doymaq bilməyir. Sanki Millət Vəkilləri tində bir çay evində oturmuş kimi,istədikləri şeyləri öz xeyrlərinə sifariş edirlər. MM siyasi partiyalara dövlət büdcəsindən vəsaitin ayrılması adlanan 17.1-ci maddəyə dəyişiklik etmişdir. Yeni dəyişikliyə əsasən dövlətdən ayrılan maliyənin, partiyalar tərəfindən etibarlı səslərin azı 3 faizini qazanan, lakin Milli Məclisdə təmsil olunmayan həmin partiyalar arasında bölüşdürulməsidir. Yeni qanuna əsasən ayrılan vəsait 10 faizdən 5 faizə endirilir. Məbləğin digər 5 faizi isə təkrar və əlavə seçkilərdə qələbə qazanan deputatların partiyaları arasında bölüşdürülür . Yeni qanun parlamentdə təmsil olunan yeni siyasi partiyalar üçündə keçərlidir.


Milli Məclisdə bir nəfərdə əsil müxalifət nümayəndəsi təmsil olmadığı üçün yeni dəyişikliklər yalnız iqtidarın işinə yarayır. Bununla İlham Əliyev hakimiyyəti kənarda qalan müxalifət partiyalarının dövlət gəlirlərinin 50 faizini azaltmış oldu. Azərbaycan müxalifət partiyalarının maliyyə problemləri dahada çoxaldı. Əvvəlki qanuna əsasən dövlət büdcəsindən ayrılan vəsait 10 faiz təşkil edirdi. Bununlada İlham Əliyev müxalifəti maliyyə problemləri ilə məhv etmək istəyir.

Mikayıl Əsədov.

Bunu paylaş: