Bu bir reallıqdır…

 

Məmməd Səid Ordubadinin gözəl bir sözü var: ” İnqilabçını öldürmək olar, inqilabı isə əsla, yox”.
Dünən gecə radələrində, Azərbaycanın Nederlandakı səfirliyi binasına Qul Bayramı sözlərini yazıblar. Bayram Məmmədovun ölümündən sonra kimsə cəsarətini toplayıb, yenidən sözləri təkrarlayaraq Bayramın qeyd etdiyi sözlərin hələ də yaşadığını və gündəmdə olduğunu bildirib.
Təbii ki, bu da xalq arasında birmənalı qarşılanmayıb. İqtidaryönümlü insanlar bunun bir təxribat olduğunu, radikal müxalıfəti və müxalifləri təqsirləndirilərək, Azərbaycanın xarici ölkələrdə imicinə zərbə kimi qiymətləndirir. Burda bir sual ortaya çıxır; Niyə dünya birliyi hakimiyyəti insan haqlarının pozulduğunu haqlı olaraq ittiham edəndə, bu yaltaqlar dövlətin imicini düşünmürdülər. Harda görünüb ki, kimsə haqqını tələb edəndə dövlətin imicinə zərbə vurmuş olur?

 

Hətta bəziləri, erməni qurumlarından pul qarşılığında etdiklərini də dilə gətirərək sosial mediyada qeyd edirlər. Ancaq yaddan çıxarırlar ki, Bayram Məmmədov Heydər Əliyevin büstünə bu sözləri yazarkən, heç bir maddi dəyər qarşılığında etməmişdi. Bu fikir Bayramın şəxsi təfəkkürü və dünya görüşündən xəbər verir. O vaxtdan bu günə kimi fikir, söz azadlığı, sosial rifah dəyişilmədiyindən xaricdə yaşayanlar, yazılan bu sözlərin yenə də keçərli və aktiv olduğunu bir daha nəzərə çatdırırlar. Yəni ölkədə nə hakimiyyətin idarəetmə sistemi dəyişmədiyi kimi, xalqın da tələbi dəyişməmişdir.

Belə bir atalar sözü var: “Xalqın gözü tərəzidir”. Hansı Bayramı necə qarşılayıb, necə keçirirksə, bunu millətimiz çox yaxşı dərk edir. Odur ki, artıq şərhə ehtiyac yoxdu…Bu bir reallıqdır.

Rəşad Şıxəliyev.

 

Bunu paylaş: