Brussel görüşündən sonra bölgədə vəziyyət yenidən gərginləşə bilər…

 

Bildiyiniz kimi Azərbaycan və Ermənistan rəhbərləri noyabrın 10 – da Rusiyanın Soçi şəhərində görüşməli idilər. Lakin sərhəddə baş verən hadisələr və iki ölkə arasında siyasi gərginlik, görüşün baş tutacağını şübhə altına aldı. Belə də oldu. İlham Əliyev və Nikol Paşinyan görüşü təxirə düşdü.

Aldığımız yeni xəbərə əsasən, dekabrın 15-də Belçikanın paytaxtı Brüssel şəhərində, Şərq Tərəfdaşlığı sammitində İlham Əliyev və Nikol Paşinyanın görüşü nəzərdə tutulur.

Niyə? Soçi (Rusiya) deyil, Brüssel (Qərb).
Çoxları bunu guya Nikol Paşinyanın Rusiyadan üz döndərdiyi üçün etdiyini bildirir. Lakin bu fikri kökündən yanlış saya bilərik.

Brussel görüşü Azərbaycana təzyiq etmək üçün tələdir.
Fikir verdinizsə, Azərbaycan və Ermənistan sərhədlərində baş verən toqquşmalara ilk olaraq ATƏT-in Minsk qrupu reaksiya verirdi. Hətta, Minsk qrupunun nümayəndələri Moskva ilə dəfələrlə əlaqə quraraq, məsələni onların həll etməsini xahiş etmişdilər.

Beləliklə, Brüssel görüşündə Azərbaycana qarşı, Qərb tərəfindən təzyiqlər olması istisna edilmir. Qərb dövlətləri çalışır ki, ATƏT-in Minsk qrupunu yenidən bölgəyə qaytarsın. Ermənistanın da buna daim can atdığını da görürük. Çünki Fransa, Amerika və Rusiya ATƏT-in Minsk qrupu cərçivəsində hər zaman Ermənistanı müdafiə etmişlər. Necə ki, Azərbaycan bunu 30 ilə yaxın görür və etiraz edirdi.

Görünür, Azərbaycan tərəfi Minsk qrupunun bölgəyə qayıtmasına heç cür razı olmayacaqdır. Ola bilsin ki, Brüssel görüşündən sonra, bölgədə vəziyyət yenidən gərginləşsin.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın