Brüsseldə “qaratikansız” görüş

 

14 dekabrda Brüsseldə Avropa Parlamentinin sədri Şarl Mişelin təşəbbüsü və iştirakı ilə Azərbaycan və Ermənistan dövlət başçılarının görüşü keçirilmişdir.

Görüşdə münaqişə tərəfləri öz mövqelərini ortaya qoymuşdular.
Güman etmək olar ki, Azərbaycan haqlı tərəf olduğu üçün – quruculuq və abadlıq işlərinin aparılması, kommunikasiya əlaqələrinin genişləndirməsi, sərhədlərin müəyyənləşdirilməsi və s mövqeyi daha ədalətli təsir bağışladı və Ermənistan tərəfi üzərində psixoloji üstünlükəldə etdi.
Şarl Mişelin dediyinə görə, tərəflər bir – birləri ilə dörd saat təkbətək müzakirə aparmışlar.
Qeyd edək ki, bu Qarabağ müharibəsi və ondan sonrakı dövrdə Azərbaycan və Ermənistan dövlət başçılarının təkbətək ilk görüşü olmuşdur. Bir qədər əvvəl Gürcüstan hökuməti belə təkbətək görüşə təşəbbüs göstərsə də Putinin “barmaq silkələməsindən” sonra bu görüş baş tutmamışdı.

Əlbəttə ki, dörd saat görüşün detalları barədə məlumat verilməyəcək, lakin ilkin olaraq Zəngəzur ərazisindən keçən, Azərbaycanı Naxçıvanla bağlayan dəmir yolunun Mehri hissəsinin bərpasını Ermənistan tərəfi öz üzərinə götürmüşdür.
Göründüyü kimi, konfliktin yaradıcısı və ilhamverici qüvvəsi olan Rusiyada keçirilən görüşlər heç bir nəticə vermədiyi halda, münaqişənin həlli üçün maraqlı olan Avropa İttifaqının təşkil etdiyi görüşdə ilkin pozitiv nəticə alınmışdır.
Necə deyərlər, Putinin gözündən iraq.

Şahin Şirvanlı.

Bunu paylaş:

Bir cavab yazın