Brüssel görüşündən Azərbaycan yalnız bu məsələdə qalibdir

Hörmətli oxucular, sizlərə Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə keçirilən son görüşü barəsində xəbər vermişdik. Bir daha əvvəlki görüşlər kimi burada da bir nəticə olmayacağını vurğulamaq istəyirik. Burada bölgənin Qərb dairəsinə düşməsi, Rusiyanın sıxışdırılması, yeni iqtisadi yol xəritələri buna bir sübutdur ki, Putin Azərbaycanla Ermənistan arasındakı mehriban qonşuluq siyasətini istəmir. Rusiyanın hədəfi 30 il regionda gərginliyi inkişaf etdirdiyi kimi, bundan sonra da bu vəziyyətdə saxlamaqdır. Bir sözlə, hələlik tərəflərin konkret məqsədə gəldiklərini deyə bilmərik…

Bəs Azərbaycan Brüssel görüşündən nə qazandı?
Bu dünyada xristian birliyinin bir-birinə dəstəyinin azaldığını görürük. Məsələn, bütün dünyada maliyyə böhranı olduğu üçün böyük güclər dini dəstəkdən çox öz çıxarlarına üstünlük verməkdədirlər.
Əgər təbii sərvətlərimizi nəzərə alsaq, Qərbin bölgədə ən vacib ölkəsi Azərbaycan olduğunu görə bilərik. Ustəlik, Avropa Rusiya qazından asılılığını azaltmaq üçün Azərbaycanla daha çox enerji sahəsində əməkdaşlığa can atmaqdadır.

Bu gün Brüssel görüşündə ölkəmizin əsas siyasi qazancı Qərbin dəstəyi ola bilər. Avropa İttifaqı da anlayır ki, Ermənistan hələ də Rusiyanın təsiri altında qalmaqdadır.
Azərbaycanın verdiyi sülh bəyannaməsi danışıqların ən optimal variantıdır. Qərb də yaxşı anlayır ki, Rusiya Ermənistanın əli ilə danışıqları pozur.
Avropa isə bölgədə sabitliyin qorunmasına çalışır ki, sabah ona lazım olan enerji yol xəritəsini problemsiz həll etsin.

Brüssel görüşündə Azərbaycan bir daha sübut etdi ki, günahları rəsmi Bakıda deyil, Rusiyanın koloniyası olan Ermənistanda axtarmaq lazımdır. Bu, ölkəmiz üçün çox vacib məsələdir.Belə ki, əgər yenidən Qarabağ münaqişəsi başlayarsa, Qərb ölkələrindən dəstək ala bilsin. Hələlik danışıqların belə getməsi Azərbaycan üçün optimal mühit yaradır. Əgər sabah yenidən torpaqlarımızı azad etmək istəsək, beynəlxalq hüquq üçün bu görüş çox gözəl cavab olardı. Yəni Azərbaycan hər bir sülh danışığı təklif etdi, Ermənistan istəmədi…
Beləliklə, bu gedişlə Azərbaycan tərəfi dini siyasəti istisna etməklə, Qərbi neytallaşdırmaq gücünü özündə saxladı.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın