Brüssel görüşündə Ermənistan Moskvanı, Bakı isə, Vaşinqtonu danışıqlarda zamin kimi seçdi

ABŞ Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə baş müşaviri Endryu Şofer və Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar Azərbaycana eyni vaxta səfər etmişlər. Hər iki dövlət nümayəndəsinin Azərbaycana səfəri, cənubi Qafqazda Ermənistanla sülh danışıqlarının gerçəkləşməsinə görə nəzərdə tutulur.
Bildiyiniz kimi Ermənistan tərəfi 5 bənddən ibarət sülh danışıqlarına start vermək fikrindədir. Görünür, tərəflər Brüssel görüşündən sonra, Fransanı bölgədən uzaqlaşdırmaqla yalnız Moskva – Vaşinqtona üstünlük verməkdədirlər.

Nikol Paşinyan Moskvanı bu danışıqlarda zamin kimi irəli sürsə də, Azərbaycan tərəfi Vaşinqtona üstünlük vermişdir.
Hələ təxminən 30 il əvvəl, ATƏT-in Minsk qrupunun tərkibinə Heydər Əliyev istəyi ilə Amerika Birləşmiş Ştatlarının nümayələri qoşulmuşdur. Görünür, bu gün də Azərbaycan tərəfi Vaşinqtona üstünlük verməkdədir.

Rusiya və Amerikanın nümayəndələri ölmüş Minsk qrupuna alternativ ola bilər. Amma rəsmi Bakı hər iki ölkə qarşısında ciddilik və tərəfkeşlik məsələsi qaldırmalıdır. Əks – təqdirdə bu formatda Minsk qrupundan fərqlənməyəcəkdir.

Sonda qeyd etmək istərdik ki, Fransanın bölgədən tam uzaqlaşdırılması rəsmi Bakının istəyi ilə baş tutmuşdur. Son vaxtlar Azərbaycanın haqlı mövqeyinə qarşı qərəzli mövqe nümayiş etdirən rəsmi Paris, bu gün buraxdığı səhvlərə görə oyundan kənar vəziyyətdə qalmaqdadır. Bir sözlə, inanırıq ki, Vaşinqton və Moskvanın bölgəyə zamin kimi sülh gətirmək planları əvvəlkindən fərqli olaraq bu dəfə gerçək olacaqdır.
Əlavə edək ki, son bir neçə gün ərzində Bakıya Rusiyadan, Avropadan və Amerikadan yüksək rütbəli dövlət nümayəndələrinin axışını görürük.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın