Brüssel görüşü nəticəsiz qalacaqdır, səbəbi…

 

Azərbaycan prezidenti İlham Əliyev, “Şərq Tərəfdaşlığı” sammitində iştirak etmək üçün Brüssel şəhərinə işgüzar səfərə getmişdir. Ölkə başçısının bu səfər çərçivəsində, çox vacib görüşlərinin keçirilməsi nəzərdə tutulur.
İlk vacib məsələ isə Azərbaycan Ermənistan əlaqələridir. Brüsseldə İlham Əliyev və Nikol Paşinyanın görüşünün nəzərdə tutulduğu deyilir. Çoxları bu görüşə böyük ümidlər bəsləsə də, siyasi təhlildə bunun yanlış olduğunu deyə bilərik.
Təbii ki, Qərb bu görüş zamanı müəyyən təzyiqlərin ediləcəyini gizlətmir. Qərb ölkələrinin əsas tələbi budur ki, ATƏT-in Minsk qrupu mandatını yenidən danışıqlar masasına qaytarsın.
Sanki, Qərb Ermənistan Azərbaycan problemini Rusiyanın əlindən almaq kimi manevrlər etmək istəyir.

Yəni bir güllə ilə iki dovşan vurmaq istəyir. Bəzi Avropa ölkələrinin istəyi bundan ibarətdir ki, Azərbaycan və Ermənistan həm problemlərini Qərbdə həll etsin, digər tərəfdən də “Şərq Tərəfdaşlığı” na sadiq qalsın. Məqsəd hər iki dövləti Rusiyanın təsir dairəsindən qoparmaqdır.

Soçi görüşündə İlham Əliyev və Nikol Paşinyan Putindən tapşırıqlarını almışlar. Hər üç tərəf anlayır ki, bu problemin yaradıcısı Rusiyadır. Rusiyanın quyruğunu taptalamağın ağır nəticələri ola biləcəkdir.

Lakin Qərb dövlətləri ən yüksək sərf edici təkliflər irəli sürməkdədir. Deyə bilərik ki, Brüssel görüşü nəticəsiz qalacaqdır. Soçi görüşü nəticəsiz qaldısa, Putin buna imkan verməz ki, Brüssel görüşündən nəticə əldə edilsin. Digər tərəfdən baxanda isə, görüşlərin nəticəsiz qalması bir daha Putinə sərf edir.

Beləliklə, Brüssel görüşündən hansısa nəticənin olacağını gözləməyin. Putinin qorxusundan İlham Əliyev və Nikol Paşinyan “Şərq Tərəfdaşlığı” təşkilatına razılıq verə bilməz. Ola bilsin ki, Paşinyan ağır vəziyyətdə olan Ermənistan üçün nəsə maliyyə yardımına görə Qərbə yalvarsın. Əgər bu baş versə, Putin dərhal Paşinyanı cəzalandıracaqdır. Əminliklə deyə bilərik ki, Brüssel görüşü nəticəsiz olacaqdır.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın