Boz kardinal yaltaqları hədələdi

Dünən R. Mehdiyev nəhayət ki, olanlara münasibətini bildirdi.O dedi ki, qanunlara əməl etmək hamı üçün vacibdir, amma karantin dövründə bir çox məmurlar toy ediblər, onların heç biri qolubağlı polisə gətirilməyib. Mənim haqqımda danışan yaltaqlara isə sözüm yoxdur; onlar külək hansı yana əssə o səmtə yıxılırlar. Amma elə ola bilər ki, bu gün qandal vuranlar özləri qanun qarşısında cavab verməli olarlar. Bu, açıq hədədir, özü də bir baş hakim dairələrə. Artıq iki klan açıq mübarizəyə ķeçib. Allah xalqımızı hər ikisindən xilas etsin!

Bunu paylaş: