Boynuna ip salınmış ünsürlər

 

Zahid Orucun proqnozları ilə idarə olunan cəmiyyət bundan artıq ola bilməz.

Dünyada pulutokratiyanın eybəcərliklərinə öz “analitik təhlilləri” ilə haqq qazandıran və sistem başçısının sosial siyasətini saxta əmsallarla təşviq edən ikinci belə rəsmi dövlət orqanı tanımıram…
Onun “müqtədir” sosial tədqiqatlarının nəticəsi göz qabağındadır.
Rejim belə deklorativ “Mərkəzlər”, “Publik” qurumlar və sair bunlara bənzər qondarma təsisatlar formalaşdıraraq guya ölkənin daxili siyasətinin müxtəlif sahələrində elmi əsaslandırmalara dayanıqlı ciddi işlərin aparıldığı görüntüsünü yaratmq istəyir. Faktiki, ölkə monarxiya ənənələrinə uyğun bir nəfərin müəllifliyi(avtor)ilə idarə olunur.
Yazılı qanunlar şəxsi göstərişlərin təsir gücündən qat-qat aşağıdır. Qəbul olunan əsas qanunların, demək olar ki, hamısı talançılığın daha səmərəli yollarını müəyyən etməyə və rejimin qorunub saxlanmasına xidmət edir. İnsanların konstitusiya hüquqları deaktiv olunan və bədnam qanunvericilik toplumunun hər müddəası ilə onların maddi, mənəvi və fiziki cəhətdən qarət edilməsinə yönəlmiş ölkədə Zahid Oruc kimi boynuna ip salınmış ünsürlər “sədaqətli köpək” qismində yalnız irticanın dəyirmanına su tökə bilər…

P.S. Parlament “Şuşa bəyannaməsini” Rusiyanın razılığı alındıqdan sonra qorxa-qorxa ratifikasiya edərkən indiyə qədər bu barədə bir kəlmə də olsun danışmağa cəsarəti çatmayan və deputat sürüsünün içinə qarışaraq ağzına su alıb dinməzcə oturan Zahid Oruc şeşələnərək, kişilənərək bildirib ki, bəyannəmənin qələbəmizi möhkəmləndirməsi və gələcək erməni xalqı üçün xilas sənədinə çevrilməsi üçün növbəti “İrəvan müqaviləsi”nə yol açan bu sənədi Ermənistan da qəbul etməlidir…

Adamın həmişəki kimi pafosu o qədər yüksəkdir ki, lap sözlərinin altından qığılcım çıxır. Hansı tarixi qələbədən söhbət gedir ki, uğrunda döyüşə atıldığımız torpaqlar nəticədə Rus ordusu tərəfindən işğal olundu?!
Hansı qələbədən söhbət gedir ki, uğrunda savaşdığımız torpağın bizə qaytarılıb-qaytarılmayacağına hələ 5 ildən sonra baxılb razılığa gəlinib-gəlinməyəcəyi bir şərt kimi bizim qarşımıza qoyulur?!…
Bu adam çox erkən yaşlarından yalan danışmağa öyrədildiyi üçün yalanları artıq ölkə hüdudlarını aşaraq İrəvana zada gedib çıxıb. Tüfeyli, məsuliyyətsiz, meşşan adamların əlində qalmışıq!!!

Elnur Xəlilov.

Bunu paylaş:

Bir cavab yazın