BMT – də vaxtımızı itiririk

Artıq vaxt keçdikcə bu hakimiyyətin zamanla nə etmək istədiyini hər kəs aydın görə bilir. Son vaxtlar Livandan Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və 7 rayonumuza erməni ailələrinin köçürülməsi davam edir. Bu barədə Azərbaycan höküməti Birləşmiş Millətlər Təşkilatına rəsmi olaraq müraciət etmişdir. Artıq illərdir ki, Ermənistan tərəfi Azərbaycanın torpaqlarında mədəni və irsi abidələri dəyişdirərək özününküləşdirir. Hər zaman olduğu kimi,Bakının rəsmi qərarları BMT -də kağız üzərində qalacaq. Artıq işğal olunmuş torpaqlara görə hansısa qrumlara müraciət etmək mənasızdır; illərdir Ermənistanın işğalçı olduğunu BMT-də Dağlıq Qarabağ və 7 rayonumuza aid qəbul olunmuş 4 qətnamə bu zamana kimi icra olunmursa, BMT-yə bu barədə nəsə demək haqsızlıq olardı. Səbəb- dünyanın əsas təşkilat və qurumları Azərbaycanın haqlı mövqeyini təsdiq etmişlər. Son məqam isə əmr verilməli, öz canımız və qanımız bahasına torpaqlarımızı geri qaytarmalıyıq.

İmza; Mikayıl Əsədov.

Bunu paylaş: