BMT-də bizim xarakteri bilir gəldi, təriflədi, getdi…

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının prezidenti Abdulla Şahid Azərbaycana rəsmi səfərə gəlmişdir. Onu səfər çərçivəsində Xarici İşlər naziri Ceyhun Bayramov qəbul etmişdir. Görüş zamanı Abdulla Şahid ölkə başçısı İlham Əliyevə pandemiya ilə mübarizədə verdiyi dəstəyə görə minnətdarlığını bildirmişdir.
Daha sonra BMT nümayəndəsi bölgədə baş verən proseslərlə bağlı Ceyhun Bayramovla fikir mübadiləsi aparmışdır.

Görünür, BMT də Azərbaycan Ermənistan arasındakı problemin həllində maraqlı deyil. Fikir versəniz gələn bizi tərifləyir, gedən tərifləyir, lakin ortada bir nəticə əldə etmək olmur.
Bu gün Ermənistan tərəfinin hələ də Azərbaycan torpaqlarından çıxmaması və mina xəritələrinin verilməməsi barəsində dünyanın ən güclü təşkilatından bir qınama faktoru da olsa yoxdur. Dünyanın bir nömrəli təşkilatı da bizim xarakteri çox gözəl bilir. Abdulla Şahid Azərbaycana rəsmi səfərə gəldi, İlham Əliyevi təriflədi və bununla da səfərini başa vurdu. Yəni, əsasən ortada bəy tərifi oldu və hakimiyyət də bundan məmnun qaldı — yetərlidir.

Hakimiyyəti tərif siyasəti bütün dünyada standartlaşdırılmış mövzüya çevrilmişdir. Kim gəlirsə gəlsin, əsas İlham Əliyevi tərəfləsin. Elə bu əməllərə görə də, Azərbaycanın problemləri beynəlxalq siyasi arenada iflasa uğrmaqdadır.

Sonda, görünür, İlham Əliyevin pandemiya mövzusu hələ bir neçə il də davam edəcəkdir. Lakin bu günə qədər bir nəfər azərbaycanlıya aydın deyil ki, İlham Əliyev necə və hansı yolla pandemiyaya töhfə vermişdir. Bəlkə bəşəriyyəti İlham Əliyev xilas edib?

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın