Bizim üçün gizli və mücərrəd olanlar

 

“30 ilə yaxındır ki, ölkədə hakimiyyətin idarəçiliyində istər korrupsiya və rüşvətxorluq, istərsə də digər kriminal hadsələrin baş vermə səbəblərinin mahiyyəti ortaya çıxdı”.

Bismilləhir rahmənir rahim. 2-ci Qarabağ savaşında torpaqlarımızın azad edilməsi və buna qarşı istəır xaricdən , istərsə də daxildən Azərbaycana qarşı göstərilən təzyiqlər, indiyə qədər bizim üçün gizli və mücərrəd olanları ortaya çıxardı.

1. Müharibə zamanı BMT-nin Qarabağla bağlı çıxarılmış dörd qətnaməsinə:”Vaxtı keçib,-” deyə münasibət ifadə edilməsi;
2. “Qoşulmama” hərəkatının bu münasibətə etiraz etməsi;
3. Rusiya və İranın Ermənistana gizli və açıq dəstək döstərmələri;
4. Müharibə dövründə Azərbaycanın haqlı işinə dəstək verən ölkələr, xüsusən, Türkiyə, Pakistan, İsrayıl və İngiltərə
5. Müharibə dövründə hərbiyə yerləşdirilmiş “5-ci kolon” üzvlərinin təxribatı və müəyyən şəxslərin ortaya çıxması;
6. “Tərtər faciəsi ” də“5-ci kolonun” insanlığa sığmayan kəşfiyyat təxribatları;
7. Müharibə dövründə daxili siyasi çəkişmələri dayandırıb, hakimiyyətlə vətən və dövlət üçün bir mövqe sərgiləyən və ondan kənar duran partiya liderlərinin mövqeləri;
8. Müharibə dövründə hakimiyyət yanında yaradılmış koalisiyaya qoşulmayan partiya rəhbərlərinin, xüsusən, AXCP sədrinin müharibədəən əvvəl bir, ortada başqa və sonda ayrı münasibət sərgiləməsi;
9. Müharibənin zəfərini müxtəlif bəhanələri əsas gətirib, aşağılayanları;
10. Bu gün də Ermənilərə dəstək verən Fransanın, Rusiyanın və İranın apardığı təbliğat davam edir. Bu təbliğatın mahiyyətinə uyğun ölkə daxilində də eyni fikirləri tirajlayan və təbliğata çevirən siyasilərin kimliklərini ortaya çıxardı.

30 ilə yaxındır ki, ölkədə hakimiyyətin idarəçiliyində istər korrupsiya və rüşvətxorluq, istərsə də digər kriminal hadsələrin baş vermə səbəblərinin mahiyyəti ortaya çıxdı.
Hadisələri təıhlil və sintezini apardıqda, bütün suallara cavab olaraq başımıza gələn hadisələrin cavabdehi indiyə qədər əleyhimizə olan imperiya qüvvələri və onların ölkə daxilində yerləşdirdiyi əlaltılarıdır. Bu anda hər birimizin qarşısına:”nə etməli?”,-sualı çıxdıqda, əvvəlki yazılarımda olduğu kimi, vətənimizin və dövlətçiliyimizin təhlükəsizliyi baxımından hamının bir yerdə olmasını arzulayıram.

Tahir Abbaslı.

Bunu paylaş: