Bizi yenə aldatdılar?

 

Hörmətli Azərbaycan xalqı, bildiyiniz kimi Azərbaycan prezidenti İlham Əliyev, Fransa prezidenti Emmanuel Makron, Ermənistan Baş Naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin video görüşündən sonra, 8 erməni əsir geri qaytarıldı.

Beləliklə, bu görüşdən sonra Azərbaycan hakimiyyətinin quyruq bulayanları yenə öz anpulalarında çıxış etməyə başladılar.
İlk növbədə, Fransa prezidenti Emmanuel Makronun İlham Əliyevin humanistliyini yüksək qiymətləndirdiyini və əsirlərin qaytarılmasına görə təşəkkür etdiyini qeyd etmişlər. Digər tərəfdən isə, əsirlərin əvəzində, birinci Qarabağ müharibəsi zamanı əsirlikdə öldürülmüş Azərbaycan vətəndaşlarının məzarlıqlarının yerini söyləmək öhdəliyini götürmüşdülər.

Hakimiyyətin bu yalanları çox çəkmədi. İlk öncə Fransa prezidenti Emmanuel Makron sosial şəbəkədə İlham Əliyevə təşəkkür deyil, erməni ailələrinə dəstək mesajı verdi.

Ermənistan tərəfi də özünü çox gözlətdirmədi və Azərbaycan hakimiyyətinə cavab verdi. Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən verilən cavabda deyilir:” Biz Azərbaycanın tələblərinə görə heç bir öhdəlik götürməmiçik. Rəhbərlikdən bizə belə göstəriş verməyib!”

Bu da rəsmi olaraq Azərbaycan hakimiyyətinə verilən cavab. Görünür, İlham Əliyev hakimiyyəti xalqa yalan məlumat verməklə, özlərini qalib kimi göstərmək istəyirlər. Real görünən budur ki, nə Fransa prezidenti İlham Əliyevə təşəkkür etmiş, nə də ki, Ermənistan tərəfi öz üzərinə öhdəlik götürmüş. Mənasız danışıqlar aparmaq isə, hakimiyyətin peşəsi olaraq qalır.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın