Biz nə zaman qurtulduq?

 

Qurtuluş Günü bizə lazımdırmı, bu bayram necə, nə vaxt və kim üçün yaranmışdır?.

İlk öncə Qurtuluş Gününün tarixindən söhbət etmək istərdik. Çoxları bu günü, Azərbaycan xalqının azadlığı uğrunda baş verən mühüm məsələ kimi anlasa da, əsil səbəb Heydər Əliyevin hakimiyyətinin qeyd edilməsidir. 1993 – cü ildə Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi kimi qeyd edilir. 1997-ci ildən isə 15 iyun rəsmi olaraq bayram günü kimi qeyd edilməkdədir.


Görəsən, xalqımız qurtuldumu? İllərdir ailə hakimiyyətini quran Əliyevlər, bütün xalqı zülm içində yaşatmaqdadırlar. Bu günə kimi İlham Əliyev hakimiyyətinin Kremldən asılı olmağı, söz azadlığının olmaması, xalqın sərvətlərinin talanması, xalqın seçki hüquqlarının olmaması və s kimi problemlər ölkədə baş alıb gedir.

Bəs biz nədən və kimdən qurtulduq? Bir xalq olaraq biz öz vicdanımızdan qurtulmuşuq və xalq olaraq şikəst olmuşuq. Bəlkə dünyada yeganə xalqlardan biriyik ki, haqqımızı tələb edə bilmirik. Bu utancverici haldan qurtulmaq fikrimiz varmı?!

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın