Biz illərdir hakimiyyətdəki ermənilərlə birgə yaşayırıq, bəs onlar bizimlə yaşamağa hazırdırmı?

 

Bu günlərdə Azərbaycanda ən çox müzakirə olunan məsələlərdən biri: “Biz ermənilərlə birgə yaşaya bilərikmi?”. Bu suala cavab demək olar ki, din xadimlərindən, siyasətçilər, mədəniyyət işçiləri və bir çoxları cavab vermişlər. Bəli, Azərbaycan əhalisi hər şeyi tez unutduğu üçün:– birlikdə yaşaya bilərik,- söyləmişdir.

Bu vəziyyətdə sualın qoyuluşu düzgün deyil, yəni sorğu Azərbaycanda deyil, Ermənistanda aparılsaydı yaxşı olardı. Sadəcə, tarixə nəzər etsək görərik ki, ermənilər ruslarla birləşərək, hər zaman azəbaycanlılara qarşı qətilam törətmiş, torpaqlarımızı işğal etmişlər. Bir müddət sonra isə, Azərbaycan xalqı sülh naminə ermənilərlə birgə yaşamışdır.

Problemi bizdə yox, bizim torpaqlarda özünə dövlət quran ermənilərdə axtarmaq lazımdır. Müharibədən əvvəl və indi də Azərbaycanda 30-40 nəfər,bəlkə daha çox erməni əsilli insan yaşamaqdadır. Ermənistanda isə bu rəqəm sıfıra bərabərdir.
Bir daha “azərbaycanlılar ermənilərlə bir yaşaya bilərmi”, sualına cavab vermək istərdim: –Azərbaycan xalqı 30 ilə yaxındır ki, hakimiyyətdə olan ermənilərlə birgə yaşamaqdadır. Bu gün də yaşayır.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın