Biz heç vaxt imkan verməyəcəyik…

Rusiya prezidenti Vladimr Putin jurnalistlərlə görüşü zamanı Qərbə bir mesaj verdi; O, Qərbi MDB ölkələrinin daxili işlərinə qarışmaqda günahlandırdı. “Rusiya imperatorunun” söylədiyi bu sözlər, gələcək planlarından – Sovet İmperiyasının bərpasından xəbər verir. MDB ölkələri müstəqil siyasət apardığı halda, niyə Putin onlara özününkü kimi baxır? Putinin İmperiya ideologiyası ilə yaşayan və işğalçı bir adam olduğu heç kimə sirr deyildir.


Azərbaycan, Gürcüstan və Ukrayna Rusiyanın aqressiyasından qorunmaq üçün Türkiyə ilə sıx əməkdaşlığı genişləndirirlər. Artıq bir müddətdir ki, Qazaxıstanda da Rusiya əleyhinə çıxışlar səngimək bilmir. Artıq qazax xalqı Rusiya hərbi bazalarının çıxarılmasını tələb edir və ölkənin bir neçə şəhərində xalq mitinqlər keçirtmişdir. Rusiyanın bu işlərdə Qərbi günahlandırması çox yanlışdır. Keçmiş sovet ölkələrindən hər birində Rusiyanın qanla yazdığı bir tarix vardır. Putinin yenidən İmperiya yaratmaq istəyinə, bir neçə il bundan qabaq Hillari Klinton belə cavab vermişdir: “Biz heç bir zaman imkan verməyəcəyik ki, yeniden Sovetler birliyi qurulsun”.

Mikayıl Əsədov.

Bunu paylaş: