Bizə xəritə verməyən Ermənistana, İlham Əliyev qaz göndərir

 

Hörmətli oxucular, Azərbaycan ordusunun 44 günlük müharibədə yazdığı tarix, dünyanın hər yerində fəxrlə danışılmaqdadır. Bəli, bizim qalib ordumuz, qorxaq hakimiyyətimiz olduğunu da hər kəs bilməkdədir. Sizlərə bir müddət əvvəl Vladimr Putin və İlham Əliyev arasında olan telefon danışığı barəsində məlumat vermişdik. Həmin görüşdə ümid edirdik ki, İlham Əliyev Putindən, azad edilmiş ərazilərdə Ermənistan tərəfindən basdırılmış “mina” – ın xəritəsini istəyəcəkdir. Çünki Qarabağ döyüşündə birbaşa üçüncü tərəf kimi iştirakçısı və təminatçısı Rusiya olduğundan bu məsələ Kremln üzərinə düşməli idi. Putindən xəritəni tələb etməyən qorxaq hakimiyyət indi də dünyaya “car” çəkməklə məşğuldur. Görün necə qalib ölkəyik ki, gələnə də  gedənə də, Ermənistanı şikayət edirik. Bu şikayətlər Prezident,  XİN və s. Kimi səviyyələrdə icra edilməkdədir.

Yox, yox burda heç kim, əsla və əsla əsgərlərimizin qəhramanlığına xələl gətirə bilməz. Məsələ burasındadır ki, əvvəllər söylədiyimiz kimi, qalib ölkə istədiyi kimi sülh müqaviləsini yazır. Xatırlayın 10.11.2020- ci il Putinlə İlham Əliyev sülh müqaviləsini imzalamağa hazırlaşır. Bu məqamdan bir neçə dəqiqə əvvəl isə hazırlıq zamanı cavab verir.

Aldığımız daha bir xabərə görə isə İlham Əliyevin göstərişi ilə, Azərbaycan Ermənistana Rusiya qazını nəql edəcəkdir. Baxın, xəritələri bizə verməyən, Ermənistana biz qaz nəql edirik. Görün necə humanist prezidentimiz və hakimiyyətimiz var. Yaxşı olar ki, o humanistliyi Azərbaycan xalqına, siyasi məhbuslara edəsiniz.

Mikayıl Əsədov.

Bunu paylaş: