Bizə sülh sazişi lazımdırmı?

 

Son günlər yuxarı Qarabağda, Xankəndi və ətraf ərazilərdə yaranan gərginlikləri Rusiyanın yaratdığına yəqin ki, heç kimin şübhəsi yoxdur. Rusiya uzun müddət orda qalmaq istəyir və bunun da yolunu Ermənistanla- Azərbaycan arasında ərazi bütövlüyü tanınmadan, sülh sazişinə bənzər hansısa müqavilənin bağlanmasında görür.

Əgər Ermənistanla-Azərbaycan arasında BMT tərəfindən tanınan sərhədlər daxil sülh sazişi imzalanarsa, o zaman rusiyanın uzun müddət orda qalması praktiki mümkün deyil.

Bunu anlayan Rusiya, özünün hazırladığı həmin o qeyri müəyyən sazişi realizə etdirmək üçün yuxarı Qarabağda vəziyyəti gərginləşdirib, əsgərlərimizi şəhid etdirib, atəşkəsi tez-tez pozdurub, onu gündəmdə saxlamaqla təzyiq göstərmək istəyir.

Prezidentin Moskva səfərində Putinin kompromisə görə ona təşəkkür etməsi də məhs həmin nəzərdə tutulan sazişə görə də ola bilər.

Hesab edirəm, BMT-nın tanıdığı ərazi bütövlüyü çərçivəsindən kənar, heç bir sülh sazişinə getmək olmaz, nəinki ona bənzər hansısa amorf sazişin bağlanmasına.

Əgər elə bir saziş imzalanarsa o gələcəkdə təkcə Xankəndi və ətraf yaşayış əraziləri üçün deyil, həm də ölkəmizin ərazi bütövlüyü, suverenliyimiz üçün də çox ciddi problem və təhdidlər yarada bilər.

Fikrət Cəfərli.

Bunu paylaş:

Bir cavab yazın