Bizə ana dilimizdə danışa bilməyən baş nazirlər lazımdırmı?

 

Hörmətli Azərbaycan xalqı, bu gün sizlərə Baş Nazir Əli Əsədovdan söhbət açmaq istərdik. İki ilə yaxındır ki, Baş Nazir postunda fəaliyyət göstərən Əli Əsədov, xalqın xeyrinə bir dənə də qərar qəbul etməmişdir. Hər dəfə lazımsız qərarlarla gündəmə gəlməkdədir.

Əgər Əli Əsədovun Baş Nazir kimi, xalqa və ölkəyə bir xeyri dəymirsə, niyə o vəzifəni icra edir? Ümumiyyətlə, bundan əvvəl Baş Nazir postunda fəaliyyət göstərən Artur Rəsulzadə nə ilə yadda qalmışdır? İlham Əliyevin təyin etdiyi baş nazirlər, öz ana dillərində danışmağa belə çətinlik çəkirlər. Hər iki insan bu postda çalışsa da, bu, formal xarakter daşımışdır. Büdcədən əlavə vəsaitlə maliyyəşən Baş Nazir və onun komandası ləğv edilməlidir. Çünki Azərbaycanda bir prezident və bir nazir vardır, o da İlham Əliyevin özüdür. Bütün nazirliklər xalqa deyil, ölkə prezidentinə xidmət etməkdədir.

Xalqın budcəsindən lazımsız məmurlara boş – boş maaş verilməkdədir. Beləliklə, lazımsız məmurlar ixtisara getsə yaxşı olardı. Bununla da Azərbaycanda budcəyə qənaət, korrupsiyaya qənaət, rüşvətxorluğa qənaət, məmur özbaşınalığına qənaət etmiş olardıq. İlk növbədə Əli Əsədovdan başlasaq, yaxşı olardı.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın