Bitməyən Ağdam xatirələrimiz…

 

Ağdam alınan günü biz–anam, bacım, bibim və başqa xanım qohumlarımız Çəmənli kındində idik.. O vaxtlar atışma güclü olanda , biz Çəmənliyə gedirdik, sakitləşən kimi yenidən evimizə qayıdlrdıq. Həmin gün, təbii ki, biz Ağdamın alınacağına inanmırdıq, atam daxil olmaqla bütün kişilər Ağdamda idi. Atam gəldi Çəmənliyə və xəbər çıxdı ki, Ağdam alınıb…Bibim ağladı ki, oğlum qaldı Ağdamda, atam da məcbur getdi dalınca. Axşam düşdü, nə atam qayıdıb, nə bibim oğlu. Xəbər gəldi ki, Ağdamı ermənilər alıb. 11 yaşlı bir qız tutdum bibimin yaxasından (sözün əsil mənasında) dedim atama bir şey olsa, səni öldürəcəm. Bibimin ürəyi getdi…Bir azdan onlar da sağ salamat , amma sınmış, sönmüş halda gəldilər… Amma bizimkilərin Ağdama qayıtmaq arzusu son günlərinə qədər bitmədi. Qoca nənəm son günlərinə kimi boğçasını açıb şkaflara yığmadı.. Ağdama qayıtmaq ümidi ilə…

İlahə Rafaelqızı

Bunu paylaş: