Bir kərə qalxan qiymət, bir daha enmir…

 

Bu gün İlham Əliyev və hakimiyyətinin yürütdüyü siyasət nəticəsində, hər şey bahalaşmaya doğru gedir. Sadəcə İlham Əliyevə yanacağın qiymətin qaldırmaq yetərlidir ki, milləti quru çorəyə möhtac etsin. Azərbaycanda bir kərə qalxan çörəyin qiyməti bir daha enmir. Dahi liderimiz M.Ə.Rəsulzadə bu sözləri bizim şanlı bayrağımıza ithaf edib. Nə yazıq ki, indiki durumda həqiqətə uyğun olaraq, bu sözlər gündəlik tələbatımız olan un məmulatına şamil olunur. Tarif Şurasının gecələr etdiyi “fokus”un səyi nəticəsində, ölkədə ərzaq və un məmulatlarının ya qiyməti artır, ya da çəkidə azalma müşahidə olunur.

 

Azad İstehlakçılar Birliyinə edilən şikayətlər, öz əksini tapıb və nəticədə qiymətlərdə 10% artım olduğunu təsdiq ediblər. Satıcılar isə bunun bəzi çörək növlərinə şamil olunduğunu qeyd edirlər. Qeyd edək ki, ölkə daxilində çörəyin qiymətini hökumət tənzimləyir. AİB sədri Eyyub Hüseynovun sözlərinə görə, dövlət müdaxiləsi digər kiçik çörək sexlərinin bağlanmasına gətirib çıxara bilər.
Sovetlər dövründə dükanlarda bu qədər ərzaq olmasa da, qiymətlər münasib idi. Çörəyin qiymətinin artması az təminatlı ailələrin problemlərinin birə – beş artması deməkdir. İlham Əliyev hakimiyyəti rəsmən Azərbaycan xalqına qarşı soyqırım edir.

Səsimizi çıxarmadıqca, başımıza çox zülm açacaqları açıq- aydın görünməkdədir. Tarif Şurası bu yaxınlarda xalqa yeni “sürpriz” hazırlayır. İşıq sərfiyyatının qiymətinə də dəyişiklik olacağı barədə sosial şəbəkələrdə şayiələr gəzir. Hərçənd ki, buna biz deyil, “gecə quşu” Tarif Şurası qərar verəcək. Haqqımızı tələb etmədikcə, qul olmağa məhkumuq…

Rəşad Şıxəliyev.

 

Bunu paylaş: