Bir bu qalmışdı, buna da göz dikdilər

 

Bakı şəhəri Dövlət Yol Polisinin İctimai Əlaqələr Şöbəsinin rəisi Vaqif Əsədov mətbuata maraqlı müsahibə vermişdir. O, son vaxtlar Bakı şəhəri ərazisində qanunsuz avtodayanacaq (parkinq) işləri ilə mübarizə aparılacağını bildirmişdir. Vaqif Əsədovun sözlərinə görə, şəhərin bir çox yerlərində qanunsuz fəaliyyət göstərən şəxslər (parkovşiklər) Dövlət Yol Polisi tərəfindən nəzarətə götürüləçəkdir. Onun sözlərinə görə son vaxtlar kim, harda, neçə istəyir bu tip qanunsuz yerlər açaraq əhalidən pul almaqdadır.

Bunun səbəbkarları kimdir?
Hər kəs bilir ki, Vaqif Əsədovun bu çıxışı kimlərə mesajdır. Guya ki, Daxili İşlər Nazirliyi bilmir ki, bu qanunsuz avtodayanacaqlar kimlərin monopoliyasındadı? Hər halda, orada çalışan günə evinə bir iki manat çörək pulu aparanlar özlərinə yeni iş axtarmalı olacaqdır.
Sirr deyil ki, Azərbaycanda bu cür biznes yaratmaq üçün yuxarıda adamın (daydayın) olmalıdır. Hər rayonda olan qanunsuz avtomobil saxlama məntəqələri (parkinq), hən bölgədəki İcra hakimiyyətinin nəzarətindədir. Yəni bu işlər birbaşa yuxarıdan həll olunur.

Bu gün Azərbaycanda İlham Əliyevin yürütdüyü siyasət bundan ibarətdir. Yəni rüşvət ver, özünə qanunsuz nə istəyirsən et.

Bizə maraqlı olan daha bir məsələ isə, niyə? Bu işlə Dövlət Yol Polisi məşğul olmalıdır. Kim bu işlə məşğuldur, o , Bakı Şəhər Baş Polis idarəsi tərəfindən cərimələnsin. Görünür, DYP əməkdaşları daha çox pul qazanmaq fikrindədirlər.

Heçkim düşünmür ki, onminlərlə işçinin talehi neçə olacaqdır?
Soyuqda, boranda küçələrdə kiminsə bir parça dəmir parçasın qoruyan insanlardan İlham Əliyev və hakimiyyəti nə istədiyini anlama olmur. Bu hakimiyyət kasıbın qəpik-quruş çörək pulu ada göz tikməkdədir.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın