Bilmirik qalibik, yoxsa məğlub, Zəngəzur dəhlizi yoxsa, dəmir yolu?

 


Hörmətli oxucular, dekabrın 15-də Belçikanın Brüssel şəhərində keçirilən “Şərq Tərəfdaşlığı” sammitində Ermənistan Baş Naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev arasında 4 saatlıq təkbətək görüş keçirilmişdir. Nəticədə tərəflər Zəngəzurdan keçməklə Naxçıvana dəmir yolu xəttinin açılışına razı olmuşlar.

Bu qərarı uğur hesab edən hakimiyyət mediası və İlham Əliyevin quyruq bulayanları, dəridən – qabıqdan çıxaraq: “Ermənistan yenə də məğlub oldu”,- deyərək bağırırlar. Eyni vəziyyəti 10 noyabr 2020-ci ildəki bəyanatda, ondan sonrakı görüşlərdə, hətta son Soçi görüşündə, İlham Əliyevin quyruq bulayanları nəticəsiz görüşlərə elə donlar geyindirirdilər ki, insan özü özünə şübhə edirdi. Gəlin vəziyyəti təhlil edək.

Biz niyə?, lal, kar, koruq, reallığı görə bilmirik…

İlk öncə qayıdaq Brüssel görüşünə. İlham Əliyevin tələb etdiyi “dəhliz” məsələsi keçmişdə qaldı. Paşinyan çıxışında sadəcə dəmir yolundan söhbət edir. Bu isə sadə gömrük rüsumlu yol da nəzərdə tutula bilər. Yəni, Ermənistan istədiyi vaxt yolu bağlaya və problemlər yarada bilər.

Bizi maraqlandıran məsələ isə, Laçın “dəhlizi” Xankəndi, Xocalı, Xocavənd, Ağdərədir. Ermənistan Azərbaycan dəhlizindən keçərək, bizim torpaqlarda istədiyini edir. Biz isə, qalib adı altında bunların əvəzində bir dəmir yolu qazanırıq. Üstəlik işğalçı Rusiyanı öz torpaqlarımıza gətirmişik və bir neçə ildən sonra zamanları bitdikdən sonra, bizə qarşı hansı təxribata əl atacaqları bilinmir?.

Beləliklə, belə çıxır ki, biz şəhid vermişik ki, Rusiya və Ermənistan Azərbaycan torpaqlarının bir qismini daim işğalda saxlasın, onun əvəzində qısa məsafəli dəmir yolu bizə verilsin. Dəmir yolunda hansı şərtlərin olacağı da bəlli deyildir.

Sonda bildirmək istərdim ki, “Sovetlər Birliyi” zamanı da, Azərbaycan Naxçıvan arasında dəmir yolundan istifadə etmək imkanı var idi. Görünür, İlham Heydər oğlu Əliyev “Kazan” danışıqlarının ən ağır variantını bizə sırıyaraq, razılaşmağa məcbur etdi. Beləliklə, biz, dünyada qalib ölkə olsaq da, İlham Əliyevin yürütdüyü siyasət nəticəsində məğlub duruma düşmüş olduq.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın