Beynəlxalq siyasi arena: Ermənistana siyasi dəstək, Azərbaycana isə ağac əkmək və tərif…

 

Hörmətli oxucular, bu gün sizlərlə ölkə xaricindəki siyasəti müzakirə etmək istərdim. Hər kəs bilir ki, İlham Əliyevin daxili siyasəti xalqın sərvətin talayaraq, boğmaqla icra olunmaqdadır. Daxili siyasət hər kəsə bəlli.

Bəs xarici siyasət necədir?
İlham Əliyevin hakimiyyətinin xarici siyasətinin daxili siyasətindən də, ağır olduğunu sizlərə deyə bilərik.
Azərbaycan xaricdə yalnız enerji satıcısı kimi tanınmaqdadır. Ölkədə nümunəvi bir siyasət yoxdur ki, dünyada tanınsın. Əliyev rejimi yalnız, xalqın təbii sərvətlərini satmaqla özünə ad qazanmışdır.
Sadə bir məsələyə diqqət yetirin:
Azərbaycanda fəaliyyət göstərən səfirliklər və nümayəndələri yalnız bayramlarda xalqımızı təbrik etməklə məşğuldurlar. Son zamanlar isə, səfirlər və səfirlik nümayəndələri ağac əməklə məşğul olurlar.

Lakin Beynəlxalq siyasətə gəldiyimiz zaman, bu ölkələrin nümayəndələri 360 dərəcə dəyişirlər. Buna bir sübut olaraq qeyd etmək istərdim ki, azad edilmiş torpaqlara ilk rəsmi səfər zamanı, çoxlu sayda Qərb nümayəndələri və səfirləri ora getməkdən imtina etmişdir.
Azərbaycan rejimi bunu Azərbaycan Ermənistan probleminə görə şərh etsə də, əsl səbəb İlham Əliyevin yürütdüyü siyasətlə bağlı olmuşdur.

Fikir versəniz görərsiniz ki, ölkə daxili siyasət birbaşa xarici siyasətə təsir göstərməkdədir.
İlham Əliyev isə, yalnız Qərbdən boş quru tərif almağı xoşlayır.
Dəfələrlə iqtidaryönlü media orqanları guya İlham Əliyevin yürütdüyü siyasət nəticəsində, Qərb Azərbaycanın strateji tərəfdar olduğunu qeyd edirlər. Çoxları anlamır ki, bu yalnız enerji sahəsində nəzərdə tutulur. Yəni sən neft-qazını sat, mən alım!.

Bu səbəbdən Azərbaycan beynəlxalq səviyyədə Ermənistana çox zaman uduzmaqdadır. Burda bizimlə gülə – gülə danışsalar da, əsl beynəlxalq siyasətdə özlərinin qəti fikirlərini yürüdürlər. Çünki Azərbaycanda fəaliyyət göstərən səfirliklər İlham Əliyevin xarakterin çox gözəl analiz etmişlər. Sadəcə tərifləmək yetərlidir…

Siyasətə digər təsir edən cəhdlər isə, Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin fəaliyyətidir. Ölkəmizin diplomatik nümayəndələrinin iki əsas fəaliyyəti vardır. Əliyevlər ailəsinə yaltaqlanaraq onlara digər ölkələrdə tədbirlər keçirmək və dövlət büdcəsindən ayrılan pulları mənimsəmək.

Bu siyasətlə xarici diplomatlar bizə, layiq olduğumuz ağac əkmə, şəkil çəkmək, bayram münasibəti, prezident tərifi kimi təbriklər göndərməkdədirlər. Bu da bizim xarici siyasətimizin nəticəsi.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın