Beynəlxalq qrumların müharibə zamanı zərər çəkmiş mülki şəxlərə ödədiyi milyonlar hakimiyyət tərəfindən necə mənimsənilir?

 

Aldığımız məlumatlara görə, Birləşmiş Millətlər Təşkilatı Azərbaycana 2 milyon dollar məbləğində pul köçürmüşdür. Bu humanitar yardım fondu 44 günlük müharibədə zərər çəkmiş “mülki şəxslər” üçün nəzərdə tutulmuşdur. BMT -nin Bakı ofisi bu xəbəri yaymışdır.
Bu işdə bir müəmma ortaya çıxır; Bəzi xəbər qurumları hakimiyyət vasitəsi ilə BMT-nin Azərbaycana humanitar vəsaitini “Heydər Əliyev Fondu”-nun bir qolu sayılan “Yaşat Fondu” – na köçürmək istəyirlər.

Artıq bəzi mətbuat orqanları yardım fonduna hərbiçiləri də əlavə ediblər.Burda hərbiçiləri əlavə etmələrini biz alqışlayırıq. Söhbət bu vəsatin hakimiyyət hərbiçilərin adından istifadə etməklə “Yaşat Fondu” -na köçürmələrindən gedir.

 


Xatırladaq ki, bir müddət əvvəl müharibə zamanı zərər çəkmiş mülki şəxslərə hakimiyyət müəyyən bir miqdarda maliyyə vəsaiti yardımı edib . İndiki vəziyyət bunu göstərir ki, bu vəsaiti insanlara vermək fikirləri yoxdur. BMT və Avropa Birliyi  cari ilin noyabr ayında eyni vəziyyət üçün Azərbaycana 3 milyon avro da ödəmişdir. Hələlik həmin pulların hara getdiyindən heç kimin xəbəri yoxdur.

Araşdırmamız nəticəsində bildirmək istəyirik ki, BMT-dən müharibə vaxtı zərər görən mülki şəxslərə ayrılmış pullar necə mənimsənilir. Bu günə qədər hakimiyyət tərəfindən zərər çəkmiş mülki şəxslərə 700.000 min manat pul ödəlinib. Yerdə qalan məbləğin qalanını İlham Əliyev və məmurlarından soruşmaq lazımdır.

Mikayıl Əsədov.

 

Nagorno Karabakh: EU allocates additional €3 million in emergency aid for civilians affected by the hostilities – Azerbaijan | ReliefWeb
https://reliefweb.int/report/azerbaijan/nagorno-karabakh-eu-allocates-additional-3-million-emergency-aid-civilians

 

 

UN releases $2 million to support conflict-affected areas of Azerbaijan
https://www.azerbaycan24.com/en/un-releases-2-million-to-support-conflict-affected-areas-of-azerbaijan/

 

 

Bunu paylaş: