Benzinin qiyməti yüksəldi, hər şey bahalaşacaq

 

Bakının erməni – rus bolşeviklərindən azad edilməsi günü münasibətilə, Azərbaycan hakimiyyəti, xalqa böyük “hədiyyə” ilə yadda qalmışdır. Söhbət yanacağın qiymətindən gedir. Dünəndən etibarən “Aİ-95” markalı yanacaq 1.45 manatdan 1.60 manata kimi, “Aİ-98″ markalı yanacağın qiyməti isə, 1.60 manatdan 1.90 manata kimi yüksəlmişdir.

Hərzamankı kimi, Azərbaycan Dövlət Neft Şirkəti özünə xas çıxışla yadda qalmışdır. ” Bu yanacaq növlərini xarici ölkələrdən aldıqları üçün, benzinin hər zaman bahalaşması da ehtimal edilir”. Bunun bir yalan olduğunu qeyd etmək istərdik. Azərbaycanın yanacaq məhsulları, Türkiyədə tikdirilən “STAR” neft emalı zavodundan gətirilməlidir.

Gələk indi əsas məsələyə.

Benzinin qiymətinin yüksəlməsi, bütün Azərbaycan iqtisadiyyatının “iflic” olmasına gətirib çıxaracaqdır. Bu gün ölkəmizdə yaşayış səviyyəsinin aşağı olması, sosial xərclərin yüksəlməsi böyük bir bəlanın başlanmasına ilk işarədir. Yəni ölkəmizdə İlham Əliyevin yürütdüyü siyasət nəticəsində, işsizlik və bahalaşma görürük. Açığı desək, Azərbaycan “xaosa” sürüklənməkdədir.

Bu gündən etibarən bütün qida, geyim, malları bahalaşacaqdır. Bu bahalaşma ölkənin bütün iqtisadi sektoruna təsir edəcəkdir. İlham Əliyevin xalqı məhv etmək siyasəti davam etməkdədir. Necə deyərlər, xalqımızın sürünmək zamanı bitdi, indi isə can vermək zamanıdır…

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın