Bennettin Putinlə görüşünün əsas hədəfi

 

İsrailin Baş Naziri Naftali Bennettin Rusiyanın Soçi şəhərində Prezident Vladimir Putinlə görüşü keçirilmişdir. İlk önçə iki ölkə arasında sıx əlaqələrdən söhbət açan Bennett, pandemiya dövründə Rusiyanın İsrailə etdiyi dəstəyə görə minnətdarlığını bildirmişdir. Daha sonra digər məsələlər müzakirə edilmişdir.

Bu görüşün əsas hədəfi isə, Suriyadakı vəziyyətlə əlaqəli idi. İsrail Baş Naziri Putinə Suriyadakı İran hərbi bazalarından narahat olduqlarını qeyd etmişdir. Əgər yaxın vaxtlarda İrana hücum başlasa, bu zaman Tehran Suriyadakı hərbi bazarlardan İsrailə hücum edə bilər.

Bennettin əsas hədəfi mollaları Suriyadan sıxışdırıb çıxarmaqdır. Beləliklə, rəsmi Yerusəlim İrana qarşı hücum planını işə saldığını bu həftə açıqladı. Əsas məsələ; Rusiyanın İsrailə bu işdə dəstəyi olacaqmı?. Bu yerdə Rusiya XİN Sergey Lavrovovun sözü yadıma düşdü:”Biz İsrailin maraqlarını həmişə nəzərə alırıq.” Yəni İranın da taleyi, İraqın taleyi kimi ola bilər.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın