Belarusiyanın dərdi 1.5 milyardla bitən deyil

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyaya rəsmi səfərində Vladimir Putinlə görüşmüşdür. İki dövlət arasında olan razılığa görə Rusiya Belarusa 1,5 milyard dollar kredit ayırmışdır. Son vaxtlar Belarusda baş vermiş xalq üsyanı nəticəsində ölkə iqtisadiyyatı sürətlə geriləməyə başlamış, həmin səbəbdən Belarusun qızıl ehtiyatı 20 faizə yaxın azalmışdır. Səbəb insanların xarici valyutaya üstünlük verməsidir ki, bu da milli valyutanı zəiflədir. Yaxın bir vaxtda Belarus iqtisadiyyatının tam çökməsi realdır. Bunun başqa səbəbi isə Belarusda son səkilərdə saxtakarlıqlar olduğuna görə Qərbin sanksiyaları olacaq. Putin və Lukoşenkonun bu görüşündən sonra rəsmi Moskva bəyan edib ki, COVİD-19 virusunun ilk vaksinləri də Belarusa göndəriləcək.

İmza; Şahin Şirvanlı.

Bunu paylaş: