Belarus xalqı təslim olmur

Hörmətli oxucular, Belarusiyada səngimək bilməyən mitinqlər davam edir. Dünən Belarusiyanın paytaxtında yüz minlərlə insan Lukaşenkonun getməsini tələb edərək meydanlara axışmışlar. Lukoşenko xalqın qorxusundan öz iqamətgahının ətrafına xüsusi təyinatlı əsgərlər və zirehli tanklar toplayıb. Lukaşenko diktator xarakterinə sadiq qalaraq xalqın demokratiyanı seçməsinə maneələr törətməkdədir. Artıq Putin tam olaraq Belarusiyanı nəzarəti altına almaq istəsə də, hələ ki, xalqın iradəsi ilə üzləşir. Artıq Avropa və digər ölkələr Belarusiyaya sanksiyalar tətbiq etməyə hazırlaşır. Belə olduğu halda Putindən ikiqat xərclər çıxacağı görünür. Ekonomik çətinliyi olan Rusiyanın kiçik qardaşa nə vaxta kimi kömək edib və ya edə bilməyəcəyini zaman göstərəcək. Bu vəziyyət isə qərb üçün çox sərfəlidir.

İmza; Mikayıl Əsədov.

Bunu paylaş: