Belarus havası Azərbaycanda hiss olunmağa başlayır

Prezident İlham Əliyev son vaxtlar ölkədə baş verənlər barəsində danışaraq söyləmişdir ki, hər bir məmur, içi mən qarışıq xalqın xidmətçiləriyik. Bu hakimiyyəti anlamaqda çətinlik çəkirəm; niyə görəsən 27 il bundan əvvəl bu sözlər söylənilməyib.
İlham Əliyev artıq 17 ildir dövlət başçısıdır və illərdir heç nə söyləməyən prezident son zamanlarda xalqa qarşı yumuşalıb.
Bəli, 17 il bundan əvvəl Gürcüstan, Ukrayna və. s ölkələrdə demokratiya səsləri gəlmirdi. Ancaq indi Belarusiyada baş verənlər yəqin İlham Əliyevi yaman qorxudub.
İlham Əliyev özünü yeni seçilmiş prezident kimi aparsa da bunun heç bir xeyri olmayacaq.
Bəs xalqdan alınan 10 il və daha 17 il nece olacaq? Elə bil ki, İlham Əliyevin atasının hakimiyyəti zamanı da və İlham Əliyevin öz hakimiyyəti dövründə də bu məmurlardan heç xəbəri olmayıb.
Artıq hər kəs yaxşı bilir ki, zamana çox az qalıb.

İmza: Mikayıl Əsədov.

Bunu paylaş: