Belə ki, son günlərdə ağır işgəncələrə məruz qalmış hərbçilər, kütləvi surətdə geri xidmətə qaytarılır

 

Tərtər hadisələrinə verilən sərt reaksiyalar müəyyən hərəkətlənmələrə səbəb olub. Çox təəssüf ki, bu hərəkətlənmə pozulmuş hüquqların bərpası istiqamətində deyil, cinayətin ort – basdır edilməsinə xidmət edir.
Belə ki, son günlərdə ağır işgəncələrə məruz qalmış hərbçilər, kütləvi surətdə geri xidmətə qaytarılır. 2017-ci ildə 156 E bəndi ilə uyğunsuzluq adı altında tərxis olunaraq ordu sıralarından uzaqlaşdırılan hərbçilərin bu gün hərbiyə tam uyğun olması maraq doğurmaya bilməz. Biz dəfələrlə efirlərdə bu hərbçilərin hansı psixi durumda olduğunun şahidi olmuşuq. Onların fiziki durumlarını hər birimiz efirlərdən müşahidə etmişik.
İndi baş verənlər orduya münasibətin hansı səviyyədə olduğunu ortalığa qoyur. Bu gün hərbçilərin tərxis olunmasından 4 il keçib. Bu hərbçilər ötən 4 ildə sağlamlıqlarının bərpasına olan – qalan ehtiyatlarını xərcləyərək, maddi durumlarının sıfırın altında olduğu bir zamanda onlara belə bir təklifin gəlməsi, zülmətdə bir işıq kimi görünür. Hər biri maddiyatının düzələcəyinə ümid edərək bu təklifi qəbul edir.

Həmin hərbçilərə bir məsələni xatırlatmaq istəyirəm; 2017-ci ildə sizdən istifadə edib bir əşya kimi kənara tullayanlar, bunu heç də xoş məramla etmirlər. Sizi növbəti dəfə öz çirkin məqsədləri üçün istifadə etmək niyyəti ilə geri çağırırlar. Əks təqdirdə bu 4 ildə sizi axtarardılar.Əslində, sizin, bu qatil sürüsü ilə razılaşmağınız, övladlarınızın, nəvələrinizin gələcəkdə sizin başınıza gətirilən oyunların təkrarlanmasına yol açır. Siz bu gün ailənizi aclıq və səfillikdən qurtarmaqla, ordunu , Azərbaycanın gələcəyini məhvə Sürükləyirsiniz. Bir addım atmazdan qabaq ordunu, Azərbaycanın gələcəyini düşünün. Sabah xidmətə göndərəciyinz övladınızı düşünün və birdəfəlik anlayın ki, Azərbaycanın şəffaf orduya ehtiyacı var. Sərhədlərimizin hansı ölkələrlə qonşu olduğunu unutmayın ! Ordu ölkənin onurğa sütunudur. Siz isə bu onurğanın qırılmasına xidmət etməyə dəvət olunursunuz.

Nasir Əliyev.

Bunu paylaş:

Bir cavab yazın