“Bayraktar” PUA-larının, Qarabağ döyüşlərində istifadə etdiyi yeni funksiyası Rusiyanı qorxuya salmışdır

 

Türkiyədə keçirilən İDEF-2021-cı il hərbi sənaye sərgisində “Bayraktar” Pilotsuz Uçuş Aparatlarının yeni bir özəlliyi üzə çıxmışdır. “Roketsan” şirkətinin direktoru Murad İkinci qeyd etmişdir ki, Türkiyə istehsallı TRLG-230 raketləri müəyyən xüsusiyyətlərə malikdir. O bu raketlərin Qarabağda 44 günlük müharibə zamanı “Bayraktar” PUA-ları ilə birlikdə dünyaya səs saldığını bildirmişdir.

44 günlük müharibə zamanı, “Bayraktar”lar TRLG-230-la birgə GPS və koordinasiya sistemləri vasitəsi ilə qoşularaq düşmənin hərbi obyektlərini məhv etmişdir. Yəni “Bayraktar” PUA-ları yerdən idarə olunan raket kompleksləri ilə təchiz oluna bilir. Bu da döyüş meydanında böyük üstünlük deməkdir. İkinci Qarabağ müharibəsi zamanı “Bayraktar”lar koordinatları verməklə düşmənin TRLG-230 silahları vasitəsi ilə məhv edildiyinin şahidi olduq.

TRLG-230 raket kompleksləri “Roketsan” istehsalıdır. 230 millimetrlik raketlər, 20-70 kilometri dəqiq hədəfə almaq qabiliyyətindədir. Əlavə lazer hədəfalma sistemi ilə də təchiz edilən bu raketlər PUA-lar və hərbi təyyarələr vasitəsi ilə də idarə olunmaq qabiliyyətinə malikdir. Türkiyə hərbi sənayesinin inkişafı ölkəmiz və xalqımız üçün qürurverici əlamətdir.

Rusiyanın böyük silah şirkətlərindən (Almaz-Antey) birinin nümayəndəsi Pavel Sozinov, ” Bayraktar” PUA-ları barəsində maraqlı acıqlama ilə çıxış etmişdir. O, “Bayraktar” PUA-larının işə düşməzdən əvvəl məhv edilməli olduğunu bildirmişdir. “Çünki silahları işə salan zaman “Bayraktar”ı məhv etmək qeyri -mümkündür”,-deyə Sozinov bildirmişdir. Əlavə etmişdir ki, PUA – ların sürəti zəif olduğundan, Rusiya istehsalı zenit-raket kompleksləri asanlıqla onları vurar.

Burada deyirlər ki, it qorxduğundan hürər. Türk PUA-larının gücündən qorxuya düşən Rusiya çox əlacsız görünməkdədir. Əgər belə idisə, niyə Qarabağda döyüşlər zaman rus zenit-raket kompleksləri türk PUA-larıni məhv edə bilmədi?.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın