“Bayraktar” lar və “Pantsir” lər, hansı qalibdir?

Rusiyanın Kosmik-Hərbi Qüvvələrinin zenit-raket qoşunlarının rəis müavini, Yuri Muravkin qeyd edib ki, “Pantsir” havadan müdafiə sistemləri, Türkiyə istehsallı “Bayraktar” PUA-larını məhv etməyə qadirdir. O, qeyd etmişdir ki, “Bayraktar” ların zəif sürəti və böyüklüyü “Pantsir” lər üçün üstünlük təşkil etməkdədir. Yəni bu vəziyyətdə, lazer tuşlayıcı ilə, “Pantsir” “Bayraktar” ları havada asanlıqla məhv edə bilir.

Yuri Muravkin, Liviya və Suriyada “Bayraktar” lar tərəfindən məhv edilən “Pantsir” lər barəsində belə deyib: “Həmin vaxt Rusiya havadan müdafiə sistemləri, lazımı şəkildə” kamuflyaj” olunmayıb və yaxud operatorsuz qalmışdır”.

Burda, bir neçə sual ortaya çıxır. Əgər belədirsə, niyə?, Rusiya Donbasa göndərdiyi hərbi texnikalarının üzərinə, əlavə metal müdafiə üzü yerləşdirir.

Digər tərəfdən isə, Rusiya münaqişə zonalarında “Pantsir” lərlə “Bayraktar” vurduqlarını elan etməmişdir.

Görünür, hansısa ölkə, çoxlu sayda “Pantsir” sifariş vermiş və Yuri Muravkin də bu ölkənin razı qalması üçün dəridən – qabıqdan çıxmaqdadır.
Reallıq budur ki, Rusiyanın bütün dünyada təriflədiyi bu silah, döyüş meydanlarında öz keyfiyyətini göstərmir. Beləliklə, hələ ki, “Bayraktar”, “Pantsir” lərə havada və yerdə qalib gəlməkdədir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın