Baydendən Putinə daha bir zərbə

 

Amerikanın prezidenti bu dəfə birbaşa Rusiyanın iqtisadiyyatına qarşı hücuma keçdi. Amerika hökuməti Rusiyanın Avropaya nəql etmək istədiyi yeni “Şimal axını-2” qaz kəmərinin dayandırılmasını tələb etmişdir. Con Bayden hökumətinin tələbindən dərhal sonra, həmin layihəni icra edən 20 şirkət “Şimal axını – 2” dən imtina etmişdir. Bu layihədən imtina etməyən şirkətlər isə, Amerikanın sanksiyası ilə üzləşməli olacaqlar.

Bu barədə “Ağ ev” rəsmisi məlumat vermişdir. Avropanın bir neçə ölkə lideri bu barədə Amerika prezidentinə öz etirazını bildirmişdir. Almaniya, Fransa, Skandinaviya və. s. Kimi ölkələr gələcəkdə bu xətdən yararlanmaq istəyirdilər. İndiki bu vəziyyət hər iki tərəfin ziyanına çalışacaqdır. Təbii ki, bu da Amerikanın bir siyasətidir.

Con Bayden bir müddət əvvəl “Diktatorların” hər birinə xəbərdarlıq etmişdir. Amerika lideri çox gözəl anlayır ki, dünyaya “Demokratiya” – nı gətirmək üçün “Diktatorlar” – la daha sərt olmalısan. Hələ ki, Con Baydenin bu siyasi gedişini başlanğıc saya bilərik.

Bu arada, Rusiya tərəfi Qərbə cavab verərək, NATO və Amerika ilə əlaqələrini kəsdi. Xatırladaq ki, “Şimal axını-2” layihəsi demək olar ki, 90 faizi hazır idi. Yaxın bir vaxtda istifadəyə verilməsi nəzərdə tutulurdu.

Mikayıl Əsədov.

Bunu paylaş: