Balası yeyilən şirin hekayəsi

Heyvanlar aləmindən olan filmdən bir epizod yadıma düşdü.
Bir şir, onun yaşayış və ov anlamına girmiş başqa bir şiri cəzalandırmaq üçün onun balasını öz gözü qarşısında boğur, maraqlıdır ki, yemir. Deməli, kriminalist dili ilə desək – qisas zəminində öldürür – burası çox vacibdir. Başqasının alanına girmiş həmin yadelli şir isə doğma balalarını xilas edə bilmir, qıraqdan qəmli – qəmli baxır və taleyi ilə barışmalı olur.
Başqasının anlamına – Qarabağımıza – girən Ermənistan və ondan da əvvəl Rusiya imperiyasıdır.
“Arsak” adlı həmin bicbalanı boğana isə ümumi bir ad qoysaq, türk ruhunun dirilik, türk zəkasının məhsulu olan, qərbin “yaxın şərqin taleyini dəyişdirən” adlandırdığı BAYRAKTAR tb 2, yəni türk SİHA ları oldu.
Ermənistanın mövqeyi məlumdur, onlarda dövlətçilik anlayışı və utanan sifət yoxdur. Mənə maraqlı olan Rusiyadır. Balasının, yəni Ermənistanın yeyilməsinə qıraqdan qəmli – qəmli baxıb, köks ötürən Rusiya öz sifətini qorumaq üçün nə edir.
Rusiyanın bütün siyasi analitiklərini (elə İ. Əliyev də) Putinin sifətini qorumaq üçün belə bir arqument gətirilər ki, guya Paşinyan “qərbyönümlü” olduğu üçün Rusiya onu müdafiə etmir. Bu əlbəttə ki, sadə obıvatelə hesablanmış təbliğatdır. Tovuza hücumu təşkil edən Rusiya hərbiçilərinin Ermənistan hərbi qərərgahındakı görüntüləri hələ unudulmayıb. Yaxud Ermənistana min tonlarla olan hərbi yardımlar və s. bunlar Paşinyan dövründə olmayıbmı? Əsilində Rusiya xofu Suriyada türklər tərəfindən çoxdan darmadağın olub. Ruslar türk SİHA- larından cin sancaqdan qorxan kimi qorxurlar.
Rusiya bu gün özünün illərlə formalaşdırdığı hegemon sifətinin
düşməsindən qorxur.
Necə deyərlər, qorxunun əcələ xeyri yoxdur. Qarabağın və yaxın bir neçə ilə Ermənistanın da düşməsinə hazır olsunlar.
İrəlidən BAYRAKTAR tb 2 dən də çox güclü “AKINCI” “AKSUNGUR” və daha nələr, nələr gəlir.

Ş. Şirvanlı

Bunu paylaş: