Bakının Ermənistana verdiyi vaxt bitir, hər an yeni mühariba başlaya bilər?

 

Deyəsən, bölgədə vəziyyət yenə “uruscadır”; Şuşada ard – arda erməni təxribatı, Naxçıvan istiqamətində atəşkəsin pozulması, İlham Əliyevin İrəvana mesajı. Bölgədə nə baş verir?. Dəfələrlə dediyimiz kimi, hər şey Kremlin hesablanmış təxribatının nəticəsidir. Şuşada olan təxribat isə bir başa Rusiyanın istəyi ilədir. Putin Azərbaycana təzyiq ederək, Qarabağda hərbi kontingentinin sayını artırmaqda maraqlıdır. Digər tərəfdən, Qərb ölkələri Qarabağda mövqe tutmaq istəyirlər, yəni, bir sözlə, torpaqlarımız hər kəsin marağındadır. Vəziyyət isə getdikcə qızışmaqdadır.

Bir müddət əvvəl Azərbaycan prezidenti İlham Əliyev deyirdi ki, Ermənistanın 10 noyabr bəyanatına əməl etməməsi vəziyyətin daha da pisləşməsinə gətirib çıxaracaqdır. Görünür, İlham Əliyevin Nikol Paşinyana verdiyi vaxt artıq bitmişdir. Ölkə başçısı açıq şəkildə yeni müharibəyə hazır olmağımızı vurğulamışdı.

Bu çıxışdan sonra Ermənistan hakimiyyəti təşvişə düşmüşdür. 44 günlük müharibədən sonra ilk dəfə olaraq İlham Əliyev müharibə ehtimalını dilə gətirmişdir. Azərbaycan prezidenti Zəngəzur, Göyçə mahalı, İrəvan xanlığının qədim Azərbaycan torpaqları olduğunu və vətəndaşlarımızın ora qayıdacağını bildirmişdir. Bu sözlərdən sonra Ermənistan hakimiyyəti daha da təşvişə düşmüşdür.

Bölgədə vəziyyət getdikcə dəyişməyə və gərginləşməyə doğru gedir. İlham Əliyevin bu çıxışı Fransa prezidenti Emanuel Makron üçün də bir mesaj ola bilər. Yaxın vaxtlarda Fransa prezidentinin Ermənistana səfəri gözlənilməkdədir. Səfərin əsas məqsədi isə Qarabağ olacaqdır. Makronun Ermənistana səfəri, İlham Əliyevin yeni müharibə elanı bir təsadüf ola bilməz, hər şey hələ qabaqdadır.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın