Bahalaşma: İlham Əliyevin xalqa yeni il hədiyyəsi

 

Hörmətli Azərbaycan xalqı, yeni ilin ilk günlərində ölkəmizdə İlham Əliyevin ilk hədiyyəsi bizlərə məhsulların 90 faizinin qiymətinin artırılması oldu. Sizlərə mütəmadi olaraq ölkədəki vəziyyətin getdikcə pisləşəcəyi barəsində məlumatlar vermişdik.

Azərbaycanda əsasən yeyinti məhsullarında qiymət artımı müşahidə olunmaqdadır. Un və un məhsullarının qiymətinin yüksəlməsindən sonra, çörəyin çəkisinin azalması və qiymətinin yüksəlməsinin şahidi olduq.

İlham Əliyev və hakimiyyəti xalqımızın quru çörək yeməyini də çox görərək, bu addımı atmaqdadır. Bu, ölkə rəhbərliyinin bir siyasətdir ki, xalqı “modern qul” vəziyyətinə salsın.

Digər tərəfdən isə, Azərbaycan iqtisadiyyatı tənəzzüllə uğramaqdadır. Səbəb vətənimizin münbit tormağı olmağına baxmayaraq, biz taxıl məhsullarını hələ də Qazaxıstan və Rusiyadan alırıq. Üstəlik də Dövlət Gömrük Komitəsinin rüsumlarının yüksəlməsi un məhsullarının qiymətinin yüksəlməsinə təsir edir.
Bir sözlə, xarici ölkələrdən gətirilən un və un məhsulları, digər tərəfdən əlavə gömrük xərcləri, ölkədə çörəyin bahalaşmasına gətirib çıxarır.

Azərbaycanın münbit torpaqları və milyardlarla gəlirləri, icazə vermir ki, xalq kasıb vəziyyətdə yaşasın. Lakin Əliyevlər ailəsinin “monopoliya” biznesi, yürütdüyü siyasəti və xalqın susqunluğu nəticəsində biz bu gün dözülməz vəziyyətdəyik.

Qazaxıstanda qazın qiyməti qalxmaqla, xalq ayağa qalxaraq etiraz etməyə başlamışdır. Etiraz aksiyası demək olar ki, Qazaxıstanın bütün böyük şəhərlərini bürümüşdür.
Təəssüflər olsun k, biz hələ də İlham Əliyevin bu oyunlarını seyr edirik.
Zavallı Azərbaycan vətəndaşları, İlham Əliyevin və hakimiyyətinin bizi məhv edən sürprizlərini nə vaxt qədər alqışlayacaqsınız?…Bunu anlaya bilmirəm.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın