Baş Prokurorluq qarşısında “Tərtər 1767” cinayət işi ilə bağlı növbəti etiraz aksiyası

Son vaxtlar Baş Prokurorluqda “Tərtər 1767” cinayəti ilə bağlı istintaq işinin aparılması ilə bağlı qanun pozuntuları gözə çarpmaqdadır. Bir müddət əvvəl Baş Prokuror Tərtər cinayətinin konstruktiv araşdırılacağını desə də, nədənsə, hələ də əsl cinayətkarın, xainlərin həbs edilmədiyini görürük. Bir neçə ay bundan əvvəl bu cinayəti törətməkdə əmr alan aşağı təbəqəli xainlərin bir qismi həbs edilmişdir. Görünür, bununla Azərbaycan hakimiyyəti xalqı aldatmağa çalışırdı.

Bir neçə gün bundan əvvəl “Tərtər 1767” cinayətində işgəncə ilə öldürülən, qanunsuz şərlənərək həbs edilənlənlərin yaxınlar Baş Prokurorluğun qarşısında etiraz aksiyası keçirmişlər. Etiraza səbəb Tərtər cinayətində şərlənərək qanunsuz həbs edilən hərbiçilərimizin, hələ də həbsdə saxlanması olmuşdur. Təxminən 30 nəfərə yaxın hərbçimiz bu gün saxta ittihamlarla 9 ildən yuxarı həbs cəzası almışlar.

Tərtər qətliamında zərərçəkmişlərin yaxınlarının Baş Prokuror Kamran Əliyevdən tələbi, qanunsuz həbs edilən insanların həbsinə yenidən baxılmasıdır.

Çox təəssüf ki, “Tərtər 1767” cinayətinin üstündən 5 ildən çox vaxt keçsə də, İlham Əliyev və onun məmurları yenə də susmaqdadırlar. Deyə bilərik ki, şanlı Aprel döyüşlərinin cəzası kimi, yüksək vəzifələrdə olan xainlər Azərbaycan əsgərinin başına Tərtər cinayətini gətirmişlər.

“Azerfreedom ailəsinin” lideri Məmmədli Qurban Cəlaloğlunun, İlham Aslanoğlunun, Ərəstun Oruclunun, Oktay Gülalıyevin və digər “milli şəxs” lərin sayəsində “Tərtər 1767” cinayəti yenidən araşdırılmış və Azərbaycan hakimiyyətindən orda baş verən amansızlıq, qanunsuzluq, işgəncələr barəsində sübutlar təqdim olunmuşdur. Çox təəssüf ki, İlham Əliyev və hakimiyyəti haqı sözünü tələb edən xalqın yanında deyil, özünün təyin etdiyi xainlərin yanındadır. Bu günə qədər istintaqın düzgün aparılmaması buna bir sübutdur.

Rəşad Şixəliyev.

Bunu paylaş:

Bir cavab yazın