Baş Prokurorluq: 7 nəfər həbs edilib, 10 nəfər axtarışa verilib

 

Baş Prokurorluq 7 nəfərin həbs olunduğu, 10 nəfərin isə axtarışa verildiyi barədə məlumat yaymışdır. Söhbət, bir qrup vətəndaşın xaricdə saxta miqrasiya işləri ilə məşğul olmasından gedir.
Yəni, həbs edilənlər Azərbaycanda saxta sənədlər düzəldərək xarici ölkələrə miqrant göndərməklə məşğul olmuşlar.
Baş prokurorluğun məlumatına görə, həmin şəxslərdən külli miqdarda hüquq mühafizə orqanlarının adından və digər dövlət orqanlarının adından saxta sənədlər götürülmüşdür.

Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov daha sonra qeyd etmişdir ki, bu işlə məşğul olan qruplardan 97 saxta möhür götürülərək istintaqa təqdim edilmişdir.
Məsələ ilə bağlı xarici ölkələrdən qaytarılan şəxslərin hər birinin dindirilməsi prosesi gedir. Onlar bildirmişlər ki, müəyyən pul müqabilində bu saxta sənədləri əldə etmişlər.

Xatırladaq ki, bir neçə ay bundan əvvəl, saxta miqrant işləri ilə məşğul olan bir neçə şəxs həbs edilmişdir. Baş Prokurorluq onu da əlavə edib ki, saxta sənəd işi ilə məşğul olanların sayı daha çoxdur və rəqəmlər hər an arta bilər. Nemət Əvəzov onu da əlavə edib ki, yaxın zamanda bu işlə məşğul olan şəxslər beynəlxalq axtarışa veriləcəkdir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın